Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Firuddin Hacıyev dəfn edilib - FOTO - Yenilənib

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Firuddin Hacıyev dəfn edilib - FOTO - Yenilənib backend

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Firuddin Nadir oğlu Hacıyevlə Göyçay rayonunun İnçə kəndində keçirilən vida mərasimi başa çatıb.

Şəhidin nəşi İnçə kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

*****

17:20

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Firuddin Nadir oğlu Hacıyevin meyitinin qalıqları Göyçay rayonuna gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonunun İnçə kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Firuddin Nadir oğlu Hacıyev 1972-ci il iyulun 18-də Göyçay rayonunun İnçə kəndində anadan olub. O, 1994-cü il aprelin 14-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

F.Hacıyev İnçə kənd qəbiristanlığında dəfn olunacaq.

Diaspora