Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib – FOTO

Göyçayda Birinci Qarabağ müharibəsinin şəhidi Səbuhi Soltanov dəfn edilib –  FOTO backend

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovla Göyçay şəhərində keçirilən vida mərasimi başa çatıb.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin doğmaları, Göyçay Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

14:51

Gəncə şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Səbuhi Sabir oğlu Soltanovun meyitinin qalıqları Göyçay şəhərinə gətirilib.

“Report”un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Göyçay şəhərində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Səbuhi Sabir oğlu Soltanov 1967-ci il mayın 21-də Göyçay şəhərində anadan olub. O, 1994-cü il yanvarın 22-də Kəlbəcər rayonunun Murovdağ istiqamətində itkin düşüb.

S.Soltanov Göyçay rayonu Şəhidlər xiyabanında dəfn olunacaq.

Diaspora