COP29: Qlobal istiləşmənin qarşısını necə almalı?

COP29: Qlobal istiləşmənin qarşısını necə almalı? backend

Son günlər COP 29 ifadəsini tez-tez eşidirik. İstər efirlərdə, istər sosial şəbəkələrdə hər kəs ölkəmizdə baş tutacaq bu möhtəbər tədbirdən danışır. Bəs COP 29 nədir? Bu tədbirin ölkəmizə nə kimi xeyiri toxunacaq?

COP 29 bu ilin noyabrın 11-dən 22-ə qədər Bakıda keçiriləcək. COP “Confrerence of the Parties” - Tərəflərin Konfransı, adındakı 29 isə bu tədbirlərin 29-cu olmasını göstərir. 2024-cü ilə kimi 28 tədbir baş tutmuşdur. Sonuncu COP tədbiri Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinində olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib. ”Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olaraq, ölkə ərazisində müxtəlif tədbirlər həyata keçirilmişdir. Həmçinin İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımızı “Yaşıl enerji” zonası elan edib. 2022-2026-cı illər üzrə tədbirlər planı hazırlayıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev COP29-a prezidentlik edəcəkdir.

Ümumilikdə COP-un məqsədi qlobal istiləşməni mümkün qədər 1.5˚C-ə məhdudlaşdırılmasını təmin etməkdir. Bu məqsədlə qlobal səyləri irəlilətmək üçün Tərəflər Konfransı silsiləli şəkildə həyata keçirilir. Burada dünya liderləri iqlim dəyişikliklərini həll etmək üçün ən yaxşı yolları axtarır və onları müzakirə edirlər.

İqlim dəyişikləri dünya qarşısında duran ən qlobal problemlərdir. Gündəlik həyatımızda biz istəmədən belə bu dəyişikliyə qismən də olsa səbəb oluruq. Kömür, neft, qazın zavodlarda, evlərdə, nəqliyyatlarda istifadə edilməsi atmosferə birbaşa təsir edir ki, bu da iqlim dəyişmələrinə səbəb olur.

Hər il yayda televiziyalarda “100 ilin ən isti yayı” “100 ilin ən quraq yayı” və sairə ifadələrini eşidirik. Bunun səbəbi Qlobal orta temperaturun 1.1˚C-ə qədər yüksəlməsidir. Nəticədə buzlar və buzlaqlar sürətlə əriyir, Arktikada dəniz buzu sahəsi kəskin azalır, ekstrimal hava şəraitləri baş verir.

Müdaxilə olunmazsa, biz bir sıra problemlərlə qarşılaşacağıq:

-Tropik və subtropik bölglərdə müxtəlif xəstəliklərdən ölüm halları artacaq.Bu xəstəlilərə malyariya,danq qızdırmasını və s. xəstəlikləri misal göstərmək olar.

-Yağış suyundan asılı olan bölgələrdə yağışın azalması nəticəsində suyun azalması baş verəcək və meşələr təhlükə altında qalacaq.

-Hal-hazırda da buzlaqların əriməsi prosesi baş verir və bu, sürətlə davam edir. Nəticədə dəniz səviyyəsi artır, sahil bölgələr su altında qalır.

-Qlobal istiləşmə quraqlığa səbəb olduğu üçün bəzi bölgələrdə, xüsusən də tropik və subtropik bölgələrdə kənd təsərrüfatını təhlükə altında qoyur.

-Meşə örtüyünün azalması heyvanlar aləminə də birbaşa təsir edir.

-Bölgələrdə səhralaşma problemi artır.

COP29-a daxil olan ölkələr qlobal istiləşmənin 1.5˚C saxlamağı öz üzərlərinə öhdəlik kimi götürüblər. Buna görə də 2050-ci ilə qədər sıfır CO2 emissiyasına nail olmaq lazımdır. Bu istixana qazlarının səviyyəsinin azaldılmasıdır.

Azərbaycanın 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40% azaltmaq planı vardır. Bu planın əsas tərkib hissəsi bərpa olunan enerji mənbələrini inkişaf etdirməkdir. Ölkəmizdə bunun üçün bir sıra əməkdaşlıqlara başlanmış, müəyyən müqavilələr imzalanmışdır. Azərbaycan enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, bərpa olunan enerji mənbələrinə görə də daim diqqət mərkəzində olub.

İqlim dəyişiklikləri ilə bağlı bir sıra beynəlxalq müqavilələr bağlanmışdır. 1995-ci ildə Azərbaycan BMT-nin İqlim Dəyişiklikliyi üzrə Konvensiyasına qoşulmuşdur. 2000-ci ildə Konvensiyanın Kioto Protokolu təsdiq edilmişdir.

Azərbaycanda iqlim dəyişikliyinə həssas olan sektorlar mövcuddur ki, bunlara su resursları, səhiyyə, enerji, turizm, meşə və s. aiddir. Ən çox həssas olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru, sahilyanı zonalardır.

İqlim dəyişikliyi ilə mübarizə aparmaq hər bir ölkənin vəzifəsidir. Bunun üçün müxtəlif mübarizə modelləri hazırlanır. Azərbaycanın yaradacağı model təbii sərvətlərdən və məhsullardan uzunmüddətli, təkrar istifadə və ya təkrar emaldır. Bu modeli Qarabağda tətbiq etmək daha məqsədəuyğundur. Azərbaycan modelinin həmin ərazilərdə tətbiq olunması iqlim dəyişikliyi ilə mübarizədə mühüm mərhələ ola bilər. Qeyd etmək lazımdır ki, Cənab prezident işğaldan azad olunan bölgələrimizi “yaşıl zona” ərazisi elan edib.

COP29 üçün güclü hazırlıq işləri gedir. Əminəm ki, ölkəmiz üzərinə düşən bu vəzifəni layiqincə yerinə yetirəcək.

Nübar ƏSƏDULLAYEVA

Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə və mühasibat” fakültəsinin “Maliyyə” ixtisası üzrə təhsilin III ili, 690 saylı qrup tələbəsi

Diaspora