Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4966

Digər sorğular

Erməninin eləmədikləri...

14:24  |    03 İyul 2015  |   E-mail  |  Çapa göndər
Nigar İsfəndiyarqızı | [email protected]

Yox canım, olmaz elə şey... dediklərimizin başımıza dolu kimi yağdığı bir dövrdə susmaqdan başqa əlindən heç nə gəlməyənlər sırasındayam. Səsim çıxmır. Çünki Koroğlunun sözü olmasın, qılınc getdi, mərdlik bitdi.

İndi daha kişilərin zamanı deyil. Fahişə ol “öz həyatını yaşayır” desinlər, gey ol “onlar da insandır, haqqları var” desinlər. Bu zəmanədə bircə kişi olma! Çünki olsan...!
Bu bicbalaların çəkmədiyi bütün təəssüblər sizə qalacaq!

Vətən qurtarmaqdan bəhs etmirəm ha, bu kişi söhbəti deyil!

(Bu mənada erməninin “axçi”sinə əla bir alqış düşür, heç olmasa o da öz malı ilə millətinə xidmət edir!)

Vaxtında deyəndə ki, Azərbaycan teleməkanı cəmiyyətin korlanmasına xidmət edir, qara-qışqırıq qopurdu. Bu gün də problem dəyişməyib, sadəcə bu mövzu köhnəldiyi üçün daha heç kim səsini çıxarmır.

“Niyə aparıcı efirdə bunu dedi?,” “Niyə alim efirdə sənətçini söydü?”
Əvvəla “sənətçi” və “alim” bir az böyük amillərdir. Onu da keçdim MƏN demək üçün əvvəlcə adam olmaq lazımdır ki, mən bizim efirlərdə adamlıqdan bir nümunə görmürəm.

Telekanallar özəldir deməyin, atam-qardaşım, dövlət də mənimdir axı!
Sizin bu millətə elədiyinizi erməni eləmədi bə!

Bic elədiniz xalqı, gic yerinə qoydunuz! Ələ saldınız! Siz orda tumanınızı keçirdiniz başınıza, bizi də tumanınızın altındakını görmək məcburiyyətində buraxdınız!
Əxlaqından xəbəri olmayan əxlaq dərsi keçdi, susduq.

Əlbət, bir gün ayıbına kor olar, dedik.

Elmdən xəbəri olmayan, alimlə debata çıxdı, ona da eyvallah, olar, bir gün öyrənər, dedik.

Bir gün də biri çıxdı, canlı yayımda sinəsi açıldı, biz utandıq, o daha da reytinq qazandı! Susduq!

Biz içimizə qısıldıqca siz təpəmizə çıxdınız!

Mütrüblüklərdən qazandıqları pullarla, bu xalqın, bu camaatın əlinin zəhmətiylə insanlıqdan çıxıb bizə meydan oxumağa başladınız!
Bu nə cür bir məmləkətdir ki, məmur yuxarıdan baxar, televiziyalar yuxarıdan qusar, aparıcı təpəmizdən basar?!

Kimsiniz axı siz?! Xidmətçi! Millətin, Xalqın, Dövlətin qulluqçusu!
Budurmu xidmətiniz?! Allah qatı var, bu qədər naqisliyin bir gün veriləcək cavabı var, əfəndilər!

O bahalı maşınlarınız, villalarınız yanınıza yaxınlaşmağa imkan verməyən mühafizəçiləriniz dadınıza yetməyəcək onda. Çünki Allahın hesabı bəndəninkinə bənzəmir.

Hə, bir də, ədəb heç də qadından sorulmur. Niyə desəniz, bütün adı çıxan verilişlərin aparıcıları ya qadındır, ya da...

Xülasə, kişi deyil. Amma Azərbaycanda qadın telekanal rəhbəri olmadığına görə o aparıcıları hədəf göstərənlər onlara ünvanlanan söyüşləri qəbul eləsinlər. Nə etməli, “söz götürənin, yer oturanındır.” Siz də həm götürüb həm oturduğunuza görə...

Azadinforum
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
05.07.2017 Zəhra boyda iki...
05.05.2017 “Sən seviləsi adam deyilsən, Rüstəm Əfəndi!“
06.05.2015 Papağıma sıçrayan qan...