Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 4972

Digər sorğular

Qapıları açın, evinizə kitab gəlir

14:22  |    16 İyun 2015  |   E-mail  |  Çapa göndər

Bir vaxtlar 15 respublikanı özündə birləşdirən SSRİ adlı nəhəng dövlətin sistemli şəkildə həyata keçirdiyi işləri bu gün bir ölkə öz üzərinə götürüb. Əskik və artıqlarını bir kənara qoyaq, maarifləndirmək sovetin məfkurəsi idi. Sadə bir misal: valideynlərimizin hamısının kitabxanası olub. Əksər evlərdə həm xanımın kitabxanası vardı, həm bəyin.

Ceyhun MUSAOĞLU | [email protected]

Bir müşahidə aparmışam: o dövrün adamlarının rəflərindəki kitablar demək olar bütün evlərdə eyni ardıcıllıqla düzülüb. Səbəb: nəşrlər xüsusi qaydada, müəyyən sistem üzrə həyata keçirilirdi. Plan hazırlanır, dərc olunacaq müəlliflərin adları müəyyənləşir və ardıcıllıqla nəşr olunur. Niyəsi: oxucu bir yazıçını tam oxuyub bitirə bilsin. Ardından dərsliklər həmin yazıçını hansı səviyyədə oxuduğunu adamdan soruşurdu. Hıqqandınsa, yaşadığın ərazidə barmaqla göstəriləcəksən, sinifdə qalmaq təhdidi ilə üz-üzə qalacaqsan.

Düzdür, sovet sistemi bu kitablar vasitəsi ilə ideologiyasını yayırdı. Bu gün isə Azərbaycanda kitab bazarı sərbəst fəaliyyət göstərir və hansısa müəllifdən ideologiyaya xidmət etmək tələb olunmur. Deməli, bizim başladığımız layihə cəmiyyətə daha çox xeyir verəcək, həqiqətən savadlı, intellektual vətəndaşın yetişməsinə xidmət edəcək.

Artıq bilirsiz, layihəmizin adı "Ev kitabxanası"dır. Azərbaycan Respublikasının Prezidenti Yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun, Bakı Slavyan Universitetinin birgə layihəsinin ideya müəllifi Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, görkəmli yazıçı Kamal Abdullayevdir. Kamal müəllimin "Yazıçını yox, oxucunu formalaşdırmaq" fikrindən yola çıxıb, seçdiyimiz 3 müəllifin kitabını 39 məktəblinin evinə daşıdıq. Tarixi missiyanın başlanğıcında rol almağımdan şərəf hissi keçirdim.
Layihənin ilk müəllifləri - Şəhriyar Del Geraninin "Darlxmağın adı", Qan Turalın "9 hekayə" və Aydın Talıbzadənin "ƏBUHÜBB" kitablarını Xaçmaza apardıq. Rayonun müxtəlif məktəblərinin şagird və tələbələri ilə görüşdük. "Kitabi-Dədə Qorqud" haqqında inşa müsabiqəsində iştirak edənləri, qalibləri də, sabah mütləq qalib olacaq məktəbliləri də mükafatlandırdıq. Haşiyə çıxım: Bilik Fondunun "Epizod" layihəsi var. Uduzanları mükafatsız qoymuruq. Məntiq deyir ki, nə əbədi qalib var, nə əbədi məğlub.

Müsabiqədə iştirak edən bütün məktəblilər Fondun hədiyyələrinə layiq görüldü. Hədiyyələrin içərisində ən parlaq görünəni 3 kitab idi. Hər kitab barəsində geniş məlumat verdik: Şəhriyardan şeir oxudum, Qan Turalıdan hekayə. Aydın Talıbzadənin romanının məzmunu barədə lakonik formalı məlumat verdim. Elə həvəslə dinləyirdilər ki...
Məktəblilərlə danışdıq ki, hədiyyə aldığı kitablarla öz şəxsi kitabxanalarını yaratsınlar. Heç birinin kitabxanası yoxmuş. İndisə var. Razılaşdıq ki, kitabları oxuyub, təəssüratlarını qələmə alacaqlar, "müəllim istəyirsiz, kitab rəfimizin şəklini çəkib sizə göndərək" replikasını səsləndirən 11-ci sinif şagirdindən belə mövqe gösləyirdim. Şeir bitəndə o, soruşmuşdu: "Doğrudan şairin anasının 9 barmağı olub?"; "Doğrudan şair ancaq 9-a qədər saya bilir?".

Məktəblilərlə görüş sınaq oldu. Qayıdıb, təəssüratımı danışdım. Layihənin daha geniş sferanı əhatə etməsinə böyük ehtiyac olduğunu dəqiqləşdirdik. Artıq əsasnaməni hazırlayırıq. Yaxın günlərdə böyük təqdimat mərasimi keçirəcəyik. Prosesə hökumət və qeyri-hökumət təşkilatlarını cəlb etməyə hazırlaşırıq. Yaradıcı insanlar arxayın olsunlar: kitabları seçəcək Şura müəyyənləşəcək; müəlliflər və oxucular təsnifatlandırılacaq. Layihənin hədəf kontingenti məktəblilər, tələbələr-gənclər, orta və yaşlı nəslin nümayəndələri olacaqlaq. Hansı nəslə daha çox hansı kitabı oxumaq vacibdirsə, qapılarına o kitabla gedəcəyik.

Qapıları açın, evinizə kitab gəlir.
Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
05.07.2017 Ordu Zəhra və Sahibənin intiqamını yüz qat alacaq
24.01.2017 Bütövləşə bilməyən MƏNHekayə
13.05.2015 Xəyanəti bağışlamayan, məhəbbəti unutmayan dövlət