Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Dövlət Xidmətinin rəhbərliyi üç rayonda vətəndaşları qəbul edib

19:04  |    16 May 2019  |   E-mail  |  Çapa göndər


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Quba, Xaçmaz və Siyəzəndə vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına və mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov mayın 16-da Qubada Qusar və Quba rayonlarından olan vətəndaşların qəbulunu həyata keçirib.

Qəbuldan əvvəl Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbul zamanı hər bir vətəndaşın müraciət və təklifi diqqətlə dinlənilib.

Xidmət rəisi tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, araşdırılmasına ehtiyac olan məsələlər qanunvericiliyə uyğun olaraq tədbirlər görülməsi üçün qeydiyyata alınıb.

Elə həmin gün Xidmət rəisinin müavinləri, general-mayor Mayıl Şahverdiyev Xaçmazda Şabran və Xaçmaz, general-mayor Yusif Mirzəyev Siyəzəndə Xızı və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmət rəhbərliyinin keçirdiyi qəbullarda 38 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub.

Bəzi vətəndaşlar tərəfindən qaldırılan və Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün daha rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
İsgəndər Həmidov həbs oluna bilər
22.05.2019
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub - VİDEO
22.05.2019
''Cənnət yolçusu'' sənədli filminin çəklişlərinə başlanıb
22.05.2019
“Cənab Ali Baş Komandan, döyüş əmri ver!” - Qarabağ qazisi Prezidentə müraciət etdi
22.05.2019
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq