Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6323

Digər sorğular

Prezident İlham Əliyev Belarusun Baş nazirinin müavinini qəbul edib

15:17  |    15 May 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonu qəbul edib.

"Report" xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin uğurla və dinamik şəkildə inkişaf etdiyini bildirərək Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenkonun başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin əlaqələrimizin perspektivlərinin müzakirəsi üçün yaxşı imkan yaratdığını deyib.

Bakıda keçirilən XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinə toxunan Prezident İlham Əliyev Belarusun bu tədbirdə fəal şəkildə iştirakından məmnunluğunu bildirib.

Dövlət başçısı Belarusun kənd təsərrüfatı məhsullarının keyfiyyətinin Azərbaycanda razılıq doğurduğunu deyib və özünün Belarusa səfəri zamanı orada da Azərbaycan Ticarət Evinin açılmasını bu sahədə əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib.

Xoş sözlərə görə minnətdarlığını bildirən Belarus Respublikası Baş nazirinin müavini İqor Lyaşenko Belarusun XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində fəal iştirakının Prezident İlham Əliyevin ölkələrimiz arasında əməkdaşlığa göstərdiyi diqqətin nəticəsi olduğunu bildirib və qeyd edib ki, Azərbaycan və Belarus dövlətləri başçılarının əlaqələrimizin inkişafı ilə bağlı verdikləri tapşırıqlara əsasən birgə layihələr uğurla həyata keçirilir.

İqor Lyaşenko ölkəmizə səfəri zamanı Azərbaycanda istehsal olunan və birgə istehsalı planlaşdırılan kənd təsərrüfatı texnikası və eləcə də digər nəqliyyat vasitələri nümunələri ilə tanış olduqlarını və bu sahədə işlərin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

Görüşdə ölkələrimiz arasında kənd təsərrüfatı ilə yanaşı, maşınqayırma, avtomobil sənayesi sahələrində əlaqələrin perspektivləri müzakirə edilib, Azərbaycan məhsullarının, xüsusilə tütün və şərab ixracının önəmi qeyd olunub və bu sahədə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
Polad Bülbüloğlu Araz Əlizadəyə "savadsız" dedi: “Deputat olan şəxs...”
26.05.2019
“The Independent” millətimizi və dövlətimizi əsassız yerə ittiham edir - dəhşətli iddialar
26.05.2019
Gürcüstan XİN: “David Qareci yaxınlığında mühəndislik işləri aparılan ərazi Azərbaycanın sərhədləri daxilindədir”
25.05.2019
ABŞ Paşinyanın adamını qapı dalında qoydu – Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə...
24.05.2019
Donald Tramp Azərbaycan Prezidentini təbrik edib