Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Təhsil nazirinin müavini: "Bəzən müəllimlər şagirdlərlə düzgün rəftar etmirlər"

22:19  |    15 May 2019  |   E-mail  |  Çapa göndər


Təhsil nazirinin müavini: "Məktəblərdəki intihar hallarının bir yox, bir neçə səbəbi var".

ONA-nın məlumatına görə, bunu Təhsil nazirinin müavini Firudin Qurbanov “Beynəlxalq Ailə günü”nə həsr edilmiş “Ailə dəyərlərinin möhkəmləndirilməsi cəmiyyətin mənəvi sağlamlığının əsasıdır” adlı konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hər bir təhsil müəssisəsi cəmiyyət qarşısında böyük məsuliyyət daşıyır: "Təhsil müəssisələri təkcə təhsil verməli deyil, həm də mənəvi cəhətdən cəmiyyət üçün layiqli insanlar yetişdirməlidir. Təhsil gələcək nəslin formalaşmasında böyük rol oynayır. Cəmiyyətimizə yalnız bilikli, bacarıqlı deyil, həm də yüksək mənəviyyata malik şəxslər gərəklidir. Təhsil sahəsində təlimlə yanaşı, tərbiyəyə də önəm verilməlidir. Buna görə də biz mədəni insan formalaşdırmağa çalışmalıyıq".

Firudin Qurbanovun sözlərinə görə, hazırda məktəblərdə 1 milyon 600 min şagird təhsil alır, onlara 150 min müəllim dərs deyir: "Bizim hər bir məktəbimizdə psixoloqlarımız var. Biz onların vasitəsilə də şagirdləri formalaşdırmağa çalışırıq".

Nazir müavini son vaxtlar məktəblilərlə bağlı baş vermiş intihar hadisələrinə də toxunub: "Bu intiharların bir yox, bir neçə səbəbi var. Bəzən ailədə uşağa münasibət pis olur, ailədaxili mühit uşaqların psixikasına mənfi təsir edir. Belə olan halda həkimlər işə qarışmalıdırlar. Və ya bəzən məktəbdə müəllimlər şagirdlərlə düzgün rəftar etmir, ya da şagirdlərə adekvat yanaşmırlar. Biz Təhsil Nazirliyi olaraq bu məsələləri diqqətdə saxlamağa çalışırıq. Bununla əlaqədar 35 məktəbdə "Məktəblinin dostu" adlı layihəyə başlamışıq. Bunun nəticəsində artıq bir sıra problemlərin qarşısı alınıb. Layihə artıq çox müsbət nəticə verib. Təhsil Nazirliyi gələcəkdə də bu yöndə bir sıra addımlar atmağı planlaşdırır".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb
21.05.2019
Aprelin 14-də keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb
19.05.2019
Azərbaycanda II və III qruplar üzrə qəbul imtahanı keçirilir
12.05.2019
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir
01.05.2019
Bakıda daha bir məktəb direktoru işdən çıxarılıb