Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb

13:47  |    15 May 2019  |   E-mail  |  Çapa göndər


BSTA-nın Bakı şəhərində keçirilən Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat Assosiasiyanın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi F.Musayev bildirib ki, Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə icra olunan özünüməşğulluq proqramı sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidi təmin edir. Proqram işsiz və işaxtaran vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aktivlər təqdim edilməklə, kiçik ailə biznesinə çıxış imkanı qazanmalarına şərait yaradır. Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2018-ci ildə 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər olub və onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub. Onlar əsasən həssas əhali qruplarından (əlilliyi olan şəxslər, məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alan ailələrin, şəhid ailələrinin üzvləri və b.) ibarətdir. Cari ildə isə 10 minədək vətəndaşın bu proqrama cəlb edilməsi nəzərdə, növbəti illərdə proqramın daha da genişləndirilməsi nəzərdə tutulur.

Əldə olunan bu uğur dünyanın mötəbər təşkilatı olan Beynəlxalq Sosial Təminat Assosiasiyasının diqqətini çəkərək, müstəqil ekspertlərdən formalaşan münsiflərin səsverməsi ilə Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2019
Azərbaycanlıların başqa xalqlara heyranlığının səbəbi
23.05.2019
Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir
23.05.2019
Fuad Abbasovun saxlanmasına etiraz olaraq Rusiyanın Bakıdakı səfirliyi qarşısında aksiya keçirilib
20.05.2019
Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi
20.05.2019
Safura 3-cü dəfə ana oldu: Mərhum nazirin adı verildi