Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6323

Digər sorğular

Yoakim Bröyer Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

11:09  |    14 May 2019  |   E-mail  |  Çapa göndər


Beynəlxalq Sosial Təminat Assosiasiyasının nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Qaziler.az bildirir ki, Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Prezidenti Yoakim Bröyerin başçılıq etdiyi nümayəndə heyəti Bakıda keçirilən Avropa Regional Sosial Təminat Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdədir. Forumdan əvvəl nümayəndə heyəti Fəxri xiyabana gələrək, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb.

Şəhidlər xiyabanı ziyarət olunaraq, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə olunub, şəhidlərimizin məzarları üzərinə gül-çiçək dəstələri qoyulub.

BSTA-nın hər üç ildən bir keçirilən Avropa Regional Sosial Təminat Forumu Avropa ölkələrinin sosial təminat sahəsində aktual problemlərinin müzakirə edilməsinə və onların innovativ həllərlə aradan qaldırılmasına, fəal əməkdaşlıq və təcrübə mübadilələrinə şərait yaradan unikal platformadır. Ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara beynəlxalq səviyyədə verilən yüksək qiymətin növbəti göstəricisi kimi, BSTA-nın növbəti Avropa Regional Sosial Təminat Forumunun Bakı şəhərində təşkil edilməsi qərara alınıb. Forumda beynəlxalq qurumlardan və 35 ölkədən nümayəndələr iştirak edir.


Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
Polad Bülbüloğlu Araz Əlizadəyə "savadsız" dedi: “Deputat olan şəxs...”
26.05.2019
“The Independent” millətimizi və dövlətimizi əsassız yerə ittiham edir - dəhşətli iddialar
26.05.2019
Gürcüstan XİN: “David Qareci yaxınlığında mühəndislik işləri aparılan ərazi Azərbaycanın sərhədləri daxilindədir”
25.05.2019
ABŞ Paşinyanın adamını qapı dalında qoydu – Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə...
24.05.2019
Donald Tramp Azərbaycan Prezidentini təbrik edib