Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6323

Digər sorğular

Sabahın HAVA PROQNOZU

16:28  |    13 May 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Qaziler.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 14-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 763 mm civə sütunu,nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq.

Azərbaycanın rayonlarında sabah havanın əsasən yağmursuz keçəcəyi, lakin səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 14-18, gündüz 25-30, dağlarda gecə 8-12, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 14-15-də Abşeron yarımadasında komfort temperatur şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişlidir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
27.05.2019
“Babam Mədət Qulubəyli Xalq Cümhuriy­yətinin xəfiyyəsi olub” – DTX sədri
26.05.2019
Millət vəkili: Bu, şərəfsizlik və xainlikdir...
26.05.2019
Sabahın HAVA PROQNOZU
26.05.2019
Ramil Usubov rəisi işdən çıxardı - FOTO
26.05.2019
Leyla Əliyevadan yeni şeir: “Mən elə sizəm”