Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Emin Milli İlham Əliyevdən, Əli Kərimlidən üzr istədi

10:48  |    13 May 2019  |   E-mail  |  Çapa göndər


“Meydan” TV-nin keçmiş rəhbəri Emin Milli (Abdullayev) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən üzr istəyib.

"...Adam işsiz olanda düşünməyə də çoxlu vaxtı olur..."

“İlham Əlievdən də, Əli Kərimlidən də, hökümətdə də, müxalifətdə də olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm”.

Musavat.com xəbər verir ki, bunu Meydan TV-nin keçmiş rəhbəri Emin Milli sosial şəbəkədəki statusunda yazıb.

O, qeyd edib ki, illər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır: "Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər. Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik".

E.Milli qeyd edib ki, hakimiyyət yalnız islahatlara getsə bizi də, özünü də xilas edə biləcək: "Müxalifət isə heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə, bu xalqı bir neçə addım irəliyə apara biləcək.

İlham Əliyev Əli Kərimlinin pasportunu qaytarsa bu da çox müsbət bir addım olar. Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var.

Mən inanıram ki, biz hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.

Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur”.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2019
ABŞ Paşinyanın adamını qapı dalında qoydu – Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə...
24.05.2019
Donald Tramp Azərbaycan Prezidentini təbrik edib
24.05.2019
Paşinyanın həyat yoldaşı Cavid İsmayılın sualına cavab verə bilmədi
23.05.2019
MN: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülüncdür
23.05.2019
BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir