Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6323

Digər sorğular

“Neftçi” rəhbərliyindən cılız hərəkət - “Qarabağ”la keçiriləcək oyunun biletləri...

16:22  |    11 May 2019  |   E-mail  |  Çapa göndər


“Neftçi” Azərbaycan Premyer Liqasında mövsümün sonuncu – 28-ci turunda bu gün "Bakcell Arena"da “Qarabağ”la keçiriləcək oyunun biletlərini yüksək qiymətə satışa çıxarıb.

Qol.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, bütün sektorlara bilet qiyməti 50 manat təşkil edir.

Paytaxt klubunun mövüm ərzində ev oyunlarında bilet qiyməti VİP yerlərə 5, digər sektorlarda isə 1 manat olub.

Bugünkü matçda qiymətin baha olması isə “Neftçi” rəhbərliyinin stadiona azarkeşlərin çox gəlməsini istəməməsidir.

Paytaxt klubu daha əvvəl “Qarabağ”la görüşün başqa stadionunda keçirilməsi üçün Peşəkar Futbol Liqasına müraciət edib. PFL-dən rədd cavabı alan “ağ-qaralar” çıxış yolunu bileti bahalaşdırmaqda görüb.

Xatırladaq ki, bu gün saat 18:00-da başlayacaq “Neftçi” – “Qarabağ” matçından sonra Ağdam klubu çempionluq kubokunu başı üzərinə qaldıracaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gimnastlarımız Avropa çempionu oldular
26.05.2019
Ermənilər Mxitaryanı qorxaq adlandırdılar
25.05.2019
Emeri Bakıya 24 futbolçu gətirdi - Siyahı
22.05.2019
Bakıda 8 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
18.05.2019
Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu