Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6320

Digər sorğular

35 müəllifin əsəri və 11 film dövlət varidatı elan edildi - SİYAHI

11:42  |    11 May 2019  |   E-mail  |  Çapa göndər


Nazirlər Kabinetinin qərarına əsasən, 35 müəllifin əsərləri və 11 film dövlət varidatı elan edilib.

"Report" həmin siyahını təqdim edir.

Əsərləri dövlət varidatı elan edilən müəlliflər:

1. Qətran Təbrizi;

2. Məhsəti Gəncəvi;

3. Əfzələddin Xaqani;

4. Nizami Gəncəvi;

5. Qazi Bürhanəddin;

6. İmadəddin Nəsimi;

7. Aşıq Qurbani;

8. Şah İsmayıl Xətai;

9. Məhəmməd Füzuli;

10. Aşıq Abbas Tufarqanlı;

11. Molla Pənah Vaqif;

12. Molla Vəli Vidadi;

13. Qasım bəy Zakir;

14. Mirzə Fətəli Axundzadə;

15. Həsən bəy Zərdabi;

16. Seyid Əzim Şirvani;

17. Xurşidbanu Natəvan;

18. Mirzə Ələkbər Sabir;

19. Nəcəf bəy Vəzirov;

20. Aşıq Ələsgər;

21. Cəlil Məmmədquluzadə;

22. Əbdürrəhim bəy Haqverdiyev;

23. Cəfər Cabbarlı;

24. Əhməd Cavad;

25. Mikayıl Müşfiq;

26. Əhməd bəy Ağayev;

27. Əli bəy Hüseynzadə;

28. Nəriman Nərimanov;

29. Məmməd Səid Ordubadi;

30. Hüseyn Cavid;

31. Əzim Əzimzadə;

32. Yusif Vəzir Çəmənzəminli;

33. Üzeyir Hacıbəyov;

34. Səməd Vurğun;

35. Əliağa Vahid.

Dövlət varidatı elan edilən filmlər:

“Sevil ” (1929-cu ildə çəkilmişdir);

2. “Lətif ”( 1930-cu ildə çəkilmişdir) ;

3. “İsmət”(1934-cü ildə çəkilmişdir);

4. “Mavi dənizin sahilində” 1935-ci ildə çəkilmişdir) ;

5. “Almaz”(1936-cı ildə çəkilmişdir) ;

6. “Bakılılar”(1938-ci ildə çəkilmişdir) ;

7. “Kəndlilər ”(1939-cu ildə çəkilmişdir) ;

8. “Səbuhi”(1941-ci ildə çəkilmişdir)

9. “Bir ailə”(1943-cü ildə çəkilmişdir) ;

10. “Arşın mal alan” (1945-ci ildə çəkilmişdir) ;

11. “Görüş” (1955-ci ildə çəkilmişdir).

*** 03:38

Nazirlər Kabineti “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları”nın və “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı”nın təsdiq edilməsi haqqında qərar qəbul edib.

"Report" xəbər verir ki, baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən “Əsərlərin dövlət varidatı elan edilməsi Qaydaları” təsdiq edilib.

Qərarla “Əsərləri dövlət varidatı elan edilən müəlliflərin və dövlət varidatı elan edilən filmlərin Siyahısı” təsdiqlənib. Dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə müəllif qonorarı səviyyəsində xüsusi ödənişlər istifadəçilər tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanununun tətbiq edilməsi ilə bağlı məsələlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli qərarı ilə təsdiq

edilmiş Əlavə 3 - “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”nda göstərilən tarif dərəcələrinə uyğun hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürüləcək. Dövlət varidatı elan edilmiş əsərlərin nəşri (çapı) üçün tirajın ümumi məbləğinin 2 (iki) faizi həcmində ödəniş hesablanaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin xəzinə hesabına köçürülür.

Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə dövlət varidatı elan edilmiş əsərlərdən istifadəyə görə xəzinə hesabına daxil olan vəsaitin dövlət büdcəsinə köçürülməsini təmin etmək tapşırılıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2019
Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin
24.05.2019
Müdafiə Nazirliyi: Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır
24.05.2019
Nəcməddin Sadıkov pensiyaya göndərilir? - General üçün qərar anı
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb - FOTO