Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Sumqayıtda avtoqəza nəticəsində ölənlərin kimliyi bilinib - VİDEO - YENİLƏNİB

09:08  |    11 May 2019  |   E-mail  |  Çapa göndər


Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti məlum olub.

Video əlavə olunub.

***

Saat 22:44

Sumqayıtda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişənlərin şəxsiyyəti məlum olub.

ONA-nın yerli bürosu xəbər verir ki, bunlar Şabran sakinləri - 1987-ci il təvəllüdlü Nuriyev Vidadi Mövlud oğlu, 1960-cı il təvəllüdlü Qasımov İlham Məmmədtağı oğlu, 1972-ci il təvəllüdlü Məmmədov Amil Seyidbəy oğlu, 1967-ci il təvəllüdlü Məhbubə Musayeva və 1974-cü il təvəllüdlü Musayev Saleh Xəlil oğludur.

Həmin şəxslər "Mercedes" markalı avtomobildə olub.

***

Saat 20:58

Sumqayıtın Tağıyev qəsəbəsində baş vermiş ağır yol qəzası ilə bağlı bəzi təfərrüatlar məlum olub.

ONA-nın Sumqayıt bürosunun məlumatına görə, "Shacman" markalı yük maşınının sürücüsü sükan arxasında sərxoş vəziyyətdə olub.

Qəzadan sonra onun idarə etdiyi yük maşını da yoldan çıxıb və yaxınlıqdakı qəbiristanlığa girib. Sürücü düşüb qaçmaq istəyərkən saxlanılıb.

Məlum olub ki, "Mercedes" markalı avtomobildə olanlardan dördü bir ailənin üzvləri imiş və onlar əsgər görüşündən qayıdırmış.

***

Saat 20:35

Sumqayıtda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, Bakı-Quba yolunun Sumqayıtın Tağıyev qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Belə ki, "Shacman" markalı yük maşını "Mercedes" markalı minik maşınını vuraraq üstünə çıxıb. Daha sonra minik maşını dərəyə aşıb.

Qəza nəticəsində "Mercedes"də olan 5 nəfərin öldüyü bildirilir.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.05.2019
Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı itkin düşüb - FOTO
18.05.2019
"Zagulba Mall" ticarət mərkəzindəki yanğın zamanı xəsarət alanlar olub - FOTO - VİDEO - YENİLƏNİB
17.05.2019
Azərbaycan-Türkiyə sərhədində terror aktı - VİDEO
14.05.2019
Ağdam sakini avtomobili ilə vurduğu qonşusunu sonra da döyüb
13.05.2019
İntihara cəhd edən şagirdin müəllimləri danışdı