Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Qənirə Paşayevanın kitablarının imza günü olub

21:44  |    10 May 2019  |   E-mail  |  Çapa göndər


2-ci Kitab festivalı çərçivəsində millət vəkili Qənirə Paşayevanın kitablarının imza günü olub

Ümummili lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü və “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2 illiyinə həsr olunan 2-ci kitab festivalında çıxış edən millət vəkili, siyasi elmlər doktoru Qənirə Paşayeva tədbirin əhəmiyyətini vurğulayıb, tədbirin təşkilatçılarına təşəkkür edib. Ümummilli lider Heydər Əliyevin Azərbaycan gənclərinin hər zaman təhsilli, savadlı, mütaliəyə, kitaba meylli olmasını istədiyini deyib və kitab festivalının məhz ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmasını təqdirəlayiq hesab edib. Kitaba meylliyinin artmasının xalqımız üçün böyük önəmindən danışan millət vəkili Q.Paşayeva ailələrə, müəllimlərə, ziyalılara, dövlət qurumlarına və özəl təşkilatlara müraciət edərək kitab oxumağa meylliyin artmasında daha da fəal olmalıyıq deyib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib. “Azərkitab-Kitab Təbliğatı” Mərkəzinin fəaliyyətə başlamasının 2-ci illiyi münasibətilə də təbrik edib, bu kimi tədbirlərin davamlı olaraq keçirilməsini və uğurlar diləyib.

Tədbir çərçivəsində millət vəkili Q.Paşayevanın müəllifi olduğu kitabların imza günü də keçirilib. Millət vəkili 300-dən çox insana kitablarını imzalayıb və onlarla söhbət edib, kitabları ilə bağlı sualları cavablandırıb.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış və imza mərasiminin linklərini burdan izləyə bilərsiniz.



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.05.2019
Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək
20.05.2019
Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib
20.05.2019
Kürdəmirdə "ASAN xidmət" mərkəzinin tikintisinə 20 milyon manat ayırılıb
20.05.2019
İsgəndər Həmidov əməliyyat olunmaq üçün xaricə aparılıb
20.05.2019
“Diqlas”ın nə vaxt söküləcəyi məlum olub