Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6320

Digər sorğular

Azərbaycan Prezidenti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

10:01  |    10 May 2019  |   E-mail  |  Çapa göndər


Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü günüdür.

"Report" xəbər verir ki, xalqımızın xilaskar oğlunun doğum günündə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri, Ulu Öndərin doğmaları və yaxınları Ümummilli Liderin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil qoyub, Ulu Öndərin xatirəsini ehtiramla anıb.

Azərbaycan Respublikasının dövlət himni səslənib.

Sonra dövlət başçısı və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini ehtiramla anaraq məzarı üzərinə gül dəstələri qoyublar.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə də gül dəstələri düzülüb.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət olunması mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, nazirlər, komitə və şirkət rəhbərləri, Milli Məclisin deputatları iştirak ediblər.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2019
Qədr gecəsi nə vaxtdır, fəzilətləri nələrdir? – Hacı Şahin
24.05.2019
Müdafiə Nazirliyi: Ordumuzun Naxçıvan istiqamətində mövqelərini tərk etməsi barədə fikirlər yalandır
24.05.2019
Nəcməddin Sadıkov pensiyaya göndərilir? - General üçün qərar anı
24.05.2019
Azərbaycan Ordusuna mənəvi dəstək aksiyası keçiriləcək
24.05.2019
Qənirə Paşayeva Tovuzda kəndləri ziyarət edib, sakinlərlə görüşüb - FOTO