Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6320

Digər sorğular

ABŞ-da öldürülən Nailin cənazəsi Bakıya gətiriləcək

18:30  |    09 May 2019  |   E-mail  |  Çapa göndər


Cari ilin 6 may tarixində ABŞ vaxtı ilə saat 22:00 radələrində ABŞ-ın Pensilvaniya ştatının Berks əyalətinin Vyomissinq qəsəbəsində 20.01.1982-ci il təvəllüdlü Salamov Nail İlham oğlu naməlum şəxslər tərəfindən yaşadığı evində qətlə yetirilib.

Azvision.az -ın məlumatına görə, Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə bildirilib ki, faktla bağlı Vayomissinq Polis Departamenti tərəfindən cinayət işi açılıb və hazırda istintaq əməliyyatları həyata keçirilir.

Qeyd olunub ki, mərhumun yaxın qohumları ilə əlaqə saxlanılıb: "Hazırda cənazənin qısa müddət ərzində Azərbaycan Respublikasına göndərilməsi istiqamətində tərəfimizdən iş aparılır. Sənədləşmə işlərinin sabah yekunlaşması gözlənilir və cənazə Reading şəhərindən Nyu-York şəhərinə və oradanda Vətənə göndəriləcək. Qeyd etmək istərdik ki, məsələ səfirliyin tam nəzarətindədir. İstintaq əməliyyatlarının gedişatı barədə əlavə olaraq məlumat veriləcək. Baş vermiş hadisə ABŞ-da yaşayan soydaşlarımızı və səfirliyin kollektivini çox kədərləndirib. Səfirliyin kollektivi adından mərhumun doğmalarına dərin hüzünlə başsağlığı veririk".
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tereza Mey istefası barədə bəyanatını göz yaşları ilə bitirib - VİDEO
24.05.2019
Senatdan Türkiyəyə daha bir zərbə
23.05.2019
Rusiyanın məşhur teleaparıcısı Fuad Abbasovun müdafiəsinə qalxdı – VİDEO
23.05.2019
Rusiyadan 16 NATO ölkəsinə hücum: 18 ay ərzində...
23.05.2019
NATO-dan Rusiyaya çağırış: "Krımı tərk edin"