Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6320

Digər sorğular

Türkiyənin müdafiə naziri Yunanıstana xəbərdarlıq edib

23:28  |    05 May 2019  |   E-mail  |  Çapa göndər


Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanı sağlam düşüncə və əməkdaşlığa çağırıb.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, H. Akar deyib ki, Türkiyə Aralıq dənizinin şərqində və Egey dənizində maraqlarını qorumağa, o cümlədən Kiprdə türklərin hüquqlarını təmin etməyə hazırdır.

H. Akar regionda Türkiyənin maraqlarını tapdayacaq status-kvonun formalaşmaması üçün Ankaranın beynəlxalq hüquq çərçivəsində bütün hüquqlarından istifadə etdiyini söyləyib. Türkiyənin müdafiə naziri bildirib ki, Egey və Aralıq dənizinin enerji resursları bütün tərəflərin maraqlarına xidmət etməli, birgə inkişaf üçün körpüyə çevrilməli, sülh və dialoqa yardımçı olmalıdır: Regionda uzunmüddətli sülh dənizdə zonaların sərhədlərinin müəyyənləşdirilməsi sahəsində razılığa gəlməklə mümkündür. Ankara bütün problemlərin beynəlxalq hüquqa, mehriban qonşuluğa və qarışlıqlı hörmətə əsaslanan dialoqla həllinə tərəfdardır. Biz opponentlərimizdən də bunu gözləyirik. Türkiyə bir millimetr belə yad əraziyə iddia etmir, ancaq öz hüquq və maraqlarını qorumaq üçün bütün resurslarından istifadə etməyə hazırdır. Regionda etimad mühitini qorumaq lazımdır”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
24.05.2019
Tereza Mey istefası barədə bəyanatını göz yaşları ilə bitirib - VİDEO
24.05.2019
Senatdan Türkiyəyə daha bir zərbə
23.05.2019
Rusiyanın məşhur teleaparıcısı Fuad Abbasovun müdafiəsinə qalxdı – VİDEO
23.05.2019
Rusiyadan 16 NATO ölkəsinə hücum: 18 ay ərzində...
23.05.2019
NATO-dan Rusiyaya çağırış: "Krımı tərk edin"