Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Beynəlxalq ekspert Peşə Reabilitasiya Mərkəzində olub

19:15  |    04 May 2019  |   E-mail  |  Çapa göndər


Meri Elizabet Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub

Qaziler.az bildirir ki, Beynəlxalq Təhsil üzrə Amerika Şurasının dəstəyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə Peşəkar İxtisasartırma Proqramı çərçivəsində ölkəmizə səfərə gəlmiş “Hamımız inklüzivlik üçün” layihəsinin eksperti Meri Elizabet Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində olub.

Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəz sağlamlıq imkanları məhdud gənclərin yeni peşələrə yiyələnərək əmək bazarına inteqrasiya olunmasında mühüm rola malikdir. Burada peşə kursu müddətində gənclər dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunurlar.
Burada yaradılan şəraitlə tanış olan M.Elizabetə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə foto-məlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.

Qonaq sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiyası, ümumən onların cəmiyyətə inteqrasiyası sahəsində ölkəmizdə aparılan işlərin, həmçinin bu sahədə müasir tələblərə cavab verən belə bir Mərkəzin olmasının onda böyük maraq və xoş təəssüratlar yaratdığını vurğulayıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
İsgəndər Həmidov həbs oluna bilər
22.05.2019
Özünü polis əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs tutulub - VİDEO
22.05.2019
''Cənnət yolçusu'' sənədli filminin çəklişlərinə başlanıb
22.05.2019
“Cənab Ali Baş Komandan, döyüş əmri ver!” - Qarabağ qazisi Prezidentə müraciət etdi
22.05.2019
Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq