Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Bu il sosial xidmət müəssisələrindən 7 uşaq doğma ailəsinə qayıdıb

16:59  |    30 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sağlamlıq imkanları məhdud uşaqlar üçün 1 və 2 saylı sosial xidmət müəssisələrində hazırda 345 uşaq daimi dövlət təminatında yaşayır.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, Heydər Əliyev Fondunun müvafiq proqramı çərçivəsində hər iki sosial xidmət müəssisəsində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti yaradılıb. Uşaqların funksional çatışmazlıqlarının, davranış problemlərinin aradan qaldırılması üçün uyğun reabilitasiya işləri aparılır, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi üçün müxtəlif dərnəklər fəaliyyət göstərir.

Uşaqların doğma ailə mühitinə dönüşünə xidmət edən de-institusionalizasiya tədbirləri də davam etdirilir. Uşaqları ilə görüşə gələn valideynlərlə bu məqsədlə fərdi qaydada maarifləndirici söhbətlər aparılır. Digər tərəfdən, valideynlər aparılan reabilitasiya işlərinin uşaqlarının davranışında müəyyən müsbət dəyişikliklərə səbəb olduğunu gördükdə, yenidən onları özləri ilə ailələrinə qaytarırlar.

Nəticədə bu ilin ötən dövründə həmin sosial xidmət müəssisələrindən 7 uşaq yenidən doğma ailələrinə qayıdıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
14.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir