Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi müəyyənləşib - YENİLƏNİB

17:50  |    28 Aprel 2019  |   E-mail  |  Çapa göndər


“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisin qalibi müəyyənləşib.

“Report” xəbər verir ki, “Report” xəbər verir ki, Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas rəqiblərini qabaqlayıb. Finlandiyalı 1 saat 31 dəqiqə 52,942 saniyəlik göstərici ilə birinci olub. Onun komanda yoldaşı Lüis Hemilton ikinci yeri tutub (+1,524 saniyə).

İtaliya “Ferrari”sinin sürücüsü Sebastyan Fettel isə 3-cü sırada finiş edib (+11,739 saniyə).

***16:10

“Formula 1” üzrə SOCAR Azərbaycan Qran-prisi start götürüb.

“Report” xəbər verir ki, 10 komandanı təmsil edən 20 pilot Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar və 306,049 km məsafəni geridə qoymaqla qalibi müəyyənləşdirəcəklər. Yarışa saat 18:10-a qədər yekun vurulacaq.

Pilotların qrid düzülüşü

1. Valtteri Bottas (Mercedes)

2. Lüis Hemilton “Mercedes”

3. Sebastyan Fettel (“Ferrari”)

4. Maks Ferstappen (“Red Bull”)

5. Serxio Peres (“Racing Point”)

6. Daniil Kvyat (“Toro Rosso”)

7. Lando Norris (“McLaren”)

8. Şarl Lekler (“Ferrari”)

9. Karlos Sayns (“McLaren”)

10. Daniel Rikkardo (“Renault”)

11. Aleksandr Albon (“Toro Rosso”)

12. Kevin Maqnussen (“Haas”)

13. Lens Stroll (“Racing Point”)

14. Romen Qrojan (“Haas”)

15. Niko Hülkenberq (“Renault”)

16. Corc Rassel (Williams)

17. Antonio Covinatsi (“Alfa Romeo”)

18. Robert Kubitsa (Williams)

19. Kimi Raykkonen (“Alfa Romeo”)

20. Pyer Qasli (“Red Bull”)

Qeyd edək ki, Bakıda baş tutan əvvəlki 3 yarışdan 2-də Almaniyanın “Mercedes” komandasının pilotları rəqiblərini qabaqlayıblar. Artıq karyerasını başa vurmuş almaniyalı Niko Rosberq yeganə dünya çempionluğunu qazandığı 2016-cı ildə, britaniyalı beşqat dünya çempionu Lüis Hemilton ötən il birinci olub. Hazırda Fransa “Renault”nun heyətində yer alan avstraliyalı Daniel Rikkardo isə 2017-ci ildə Avstriya “Red Bull”nun sükanı arxasında finiş xəttini hamıdan tez keçib.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bakıda 8 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
18.05.2019
Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu
14.05.2019
Hakim öldü, oyun dayandırıldı - Video
12.05.2019
Bakıda yarış zamanı cüdoçunun kimanosundan mobil telefon düşüb - VİDEO
12.05.2019
Erməni futbolçu ilə bağlı iddialara nazirlikdən cavab