Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb (VİDEO)

18:31  |    28 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisinin qaliblərinin mükafatlandırılması mərasimində iştirak edib.

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qalibi Valtteri Bottasa ("Mercedes") kuboku və “Mersedes” komandasının nümayəndəsinə Konstruktorlar kubokunu təqdim edib.

İkinci yerin sahibi, “Mercedes”in digər sürücüsü Lyuis Hemiltona kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Ferrari” komandasının pilotu Sebastian Fettelə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir – 7,6 metr. Start və finiş xətti “Azadlıq” meydanındadır.

2016-cı ildə “Williams” komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb – 378 km/saat.

Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bakıda 8 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
18.05.2019
Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu
14.05.2019
Hakim öldü, oyun dayandırıldı - Video
12.05.2019
Bakıda yarış zamanı cüdoçunun kimanosundan mobil telefon düşüb - VİDEO
12.05.2019
Erməni futbolçu ilə bağlı iddialara nazirlikdən cavab