Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

“Məşğulluq” altsistemində necə qeydiyyatdan keçmək olar?

10:47  |    23 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yaradılan “Məşğulluq” altsistemi yaxın günlərdə fəaliyyətə başlayacaq.

Nazirlikdən verilən məlumata görə, altsistemdə vakansiyalar, işsiz və işaxtaranlara dair məlumatlar əksini tapacaq. Vətəndaşlar Məşğulluq mərkəzlərinə gəlmədən, altsistemdəki müvafiq vakansiya üzrə istənilən vaxt elektron qaydada müraciətlərini edə biləcəklər.

“Məşğulluq” altsistemində qeydiyyatdan keçmək üçün isə “e-sosial” və ya “e-gov.az” portalı vasitəsilə sistemə daxil olmaq, “İşaxtaranlar” pəncərəsinin müraciət bölməsində FIN kodunu yazmaqla şəxsi kabinet yaratmaq lazımdır. Daha sonra “Fərdi məşğulluq” bölməsində vakansiya siyahısı ilə tanış olmaq mümkündür.

Siyahıda peşəsinə, əmək bacarığına, istəyinə uyğun vakansiya tapmayan vətəndaşlar üçün altsistemdə aktiv məşğulluq layihələri də yer alacaq. Özünüməşğulluq proqramı iştirakçılarının burada hər birinin şəxsi kabineti də olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
14.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir