Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Müharibə başlayarsa... - Azərbaycan-Türkiyə-Rusiya üçlüyündən Ermənistanı silkələyəcək addım

14:23  |    17 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Türkiyə Rusiyadan aldığı S-400 havadan müdafiə sistemlərini müvəqqəti olaraq Azərbaycanda və ya Qətərdə saxlaya bilər.

Bu iddia ilə Türkiyə mediası çıxış edib. Xəbərə görə, Ankara hələ ki, seçimlər üzərində düşünür. Məsələ ilə bağlı hər hansı rəsmi mövqe bildirilməyib.

Məsələ ilə bağlı Publika.az-a açıqlama verən siyasi şərhçi, professor Fikrət Sadıxov qeyd edir ki, sistemlərin Azərbaycana gətirilməsi çox şeydən xəbər verir:

“S-400 raket komplekslərinin Azərbaycana gətirilməsi Türkiyə ilə ölkəmizin münasibətlərinin güvən səviyyəsindən xəbər verir. Bu, onu göstərir ki, Azərbaycan həmişəki kimi Türkiyənin yanındadır və Türkiyəni bütün qərarlarında dəstəkləyir. Lakin mən düşünmürəm ki, qısa müddətdə raket komplekslərinin Azərbaycana gətirilməsi zərurəti var. Bunun səbəbini başa düşmək çətindir. Məgər Türkiyədə yermi yoxdur? Ya necə? Komplekslərin hərbi heyəti elə Türkiyədə də təlimlərini keçə bilərlər. Türkiyə bizim müttəfiqimizdir. Lakin kifayət qədər müstəqil, geniş ərazilərə malik bir dövlətdir".



Politoloq vurğulayır ki, Türkiyə dünya siyasətində inkişaf etmiş bir oyunçudur və onun silahlanması, ümumilikdə, Ermənistanı qorxutmalıdır:

“Bu, İrəvana bir işarə olmalıdır. Türkiyənin kompleksləri Azərbaycan ərazisində yerləşdirilsə, bu da Ermənistanın ali dairələrini qorxuya sala bilər. Amma onu da yaddan çıxarmaq lazım deyil ki, bu silahlar müdafiə xarakterlidir. Bu silaha sahib olan ölkə hücum niyyətində deyil, müdafiəsinin qayğısına qalır. Bu sistem bizim ərazimizə yerləşdirilsə belə, biz bunu hər hansı bir ölkəyə hücum məqsədilə istifadə edə bilmərik. Ancaq özümüzü müdafiə edə bilərik. Lakin Ermənistan yeni ərazi iddialarına çıxmaq niyyətinə düşsə, bu onun üçün yeni təhlükə olacaq”.

Qeyd edək ki, daha öncə S-400 zenit raket komplekslərinin hərbi heyətinin Azərbaycanda təlimlər keçəcəyi ilə bağlı xəbər verilmişdi. Bunun üçün türk hərbçilərin Rusiyadan əvvəl Azərbaycana gələcəkləri gözlənilir.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
25.05.2019
ABŞ Paşinyanın adamını qapı dalında qoydu – Ağ Ev İrəvana “dirsək” göstərdi, İsrail isə...
24.05.2019
Donald Tramp Azərbaycan Prezidentini təbrik edib
24.05.2019
Paşinyanın həyat yoldaşı Cavid İsmayılın sualına cavab verə bilmədi
23.05.2019
MN: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülüncdür
23.05.2019
BMT: Azərbaycanda kişilərin 32,5 faizi qadınlara qarşı zorakılıq törədir