Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

İlk DOST könüllüləri Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar

18:50  |    13 Aprel 2019  |   E-mail  |  Çapa göndər


DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” Mərkəzlərində ASAN Könüllülük Məktəbinin “Master 2” pilləsi çərçivəsində könüllülük fəaliyətinin təşkili prossesi davam edir.

Qaziler.az bildirir ki, təcrübə keçmək üçün seçilmiş 20 könüllüyə mütəxəssislər tərəfindən DOST Agentliyinin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilib. Onlar həmçinin könüllülük fəaliyyəti, “DOST” Mərkəzlərində göstərilən xidmətlər, eləcə də istifadə olunacaq təhlil və monitorinq alətləri ilə yaxından tanış olublar.

Təlimdən sonra DOST Könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qəbul Mərkəzində fəaliyyətə başlayıblar. Üçnövbəli iş rejimində fəaliyyət göstərəcəkləri 2 ay boyunca könüllülər üçün həvəsləndirici tədbir və təlimlərin keçirilməsi də nəzərdə tutulur.

Qeyd edək ki, könüllülük fəaliyyətinin təşkili Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və ASAN Xidmət arasında imzalanmış qarşılıqlı əməkdaşlığa dair Memoranduma əsasən həyata keçirilir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.04.2019
Sabahın HAVA PROQNOZU
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir
19.04.2019
Müdafiə naziri HHQ-nin təlim-məşq mərkəzinin açılışında iştirak edib - VİDEO
18.04.2019
Fuad Qəhrəmanlının qızına küçədə hücum edən şəxs saxlanılıb - RƏSMİ
18.04.2019
Konstitusiya Məhkəməsi sədri və hakiminin maaşı artırılıb