Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Azərbaycan yunan-Roma güləşçisi erməni dünya və Avropa çempionunu məğlub edib

19:41  |    12 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında Ermənistan təmsilçisini məğlub edib.

"Report"un məlumatına görə, 87 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 1/4 finalda dünya çempionu və son qitə çempionatının qalibi Maksim Manukyana qalib gəlib - 6:1. O, ilk hissədə rəqibi üzərində 4:1 hesablı üstünlük əldə edib. İkinci yarıda isə Azərbaycan təmsilçisi daha 2 xal qazanıb.

Bununla da Abbasov ötən il Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında bürünc medal uğruna görüşdə Ermənistan təmsilçisi Artur Şahinyana məğlubiyyətin əvəzini çıxıb.

Daha əvvəl Avropa çempionatının qalibi olan sərbəst güləşçilərdən Hacı Əliyev (65 kq) ermənistanlı Vazgen Tevanyana, gümüş medal qazanan Ağahüseyn Mustafayev (70 kq) isə David Safaryana qalib gəlib.

Qeyd edək ki, bu gün Azərbaycanın digər yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq), Taleh Məmmədov (63 kq), Elvin Mürsəliyev (77 kq) və Sabah Şəriəti (130 kq) mübarizəyə qoşulub.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
"Qəbələ" İdman Klubuna yeni prezident təyin olunub
18.04.2019
III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başa çatdı
17.04.2019
"Meymun, lənətə gəlmiş zənci" - Kapitan təhqir olundu
16.04.2019
"Canavarlar" birinci oldu
16.04.2019
III “Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri başlandı