Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Azərbaycan XİN Nikol Paşinyana cavab verib

20:11  |    11 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistan Baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edirik.

Bu Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin Ermənistan Baş naziri Nikol Paşinyanın Strasburqda mətbuata verdiyi açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikri ilə bağlı Trend-ə şərhində deyilir.

XİN bildirir ki, Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan “gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipi ilə bağlı qeyd olunur: “Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də ümumiyyətlə beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər”.

Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur.

Gücdən istifadə olunmamasını təklif edən erməni Baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.04.2019
Azərbaycan XİN Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edir
18.04.2019
Sahil Babayev İranın sənaye, mədən və ticarət naziri ilə görüşüb
18.04.2019
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirini qəbul edib
18.04.2019
“Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı qərar yaxın müddətdə elan ediləcək"
18.04.2019
Qarabağ qaziləri Elmar Məmmədyarovun açıqlamasına etiraz edir: Allah lənət eləsin!