Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Azərbaycanlı güləşçi: "Erməni ilə görüşə əlavə motivasiya ilə çıxmışdım"

16:19  |    10 Aprel 2019  |   E-mail  |  Çapa göndər


"Bu, mənim beynəlxalq yarışlarda ilk uğurumdur. Final görüşü bir gün əvvəl olsaydı, qızıl medalı əldən verməzdim. İlk yarış günündə özümü çox yaxşı hiss edirdim. Mən də qızıl medal qazanmaq istəyirdim".

Bunu "Report"a açıqlamasında Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Ağahüseyn Mustafayev deyib. 70 kq çəki dərəcəsindəki 30 yaşlı pəhləvan finaladək güləşdiyi idmançıların da çətin rəqib olduqlarını söyləyib. O, birinci mərhələdə məğlub etdiyi rusiyalı Məhəmmədrəsul Hazıməhəmmədovun 2 qat dünya çempionu olduğunu xatırladıb: "İkinci rəqibim isə Ermənistan güləşçisi David Safaryan idi. O da dünya və Avropa çempionatında qalibi olub. Buna baxmayaraq, Safaryana tam üstünlüklə qalib gəldim".

MOİK-in idmançısı bildirib ki, Ermənistan təmsilçisi ilə görüşə əlavə motivasiya ilə çıxıb: "Əsas məqsədim məğlub olmamaq idi. İdmanda hər şey ola bilər. Özümü elə hazırlamışdım ki, ona heç vaxt uduza bilmərəm. Həmin görüşə əlavə motivasiya ilə çıxdım. Bu, Azərbaycanın bütün idmançılarında belədir. Onların hamısı mənim düşündüyüm kimi fikirləşirlər. Erməni ilə düşəndə əlimizdən gələnin artığını edirik. Çünki bizə xalq baxır. Cavanlar üçün nümunə olmalıyıq".

Qeyd edək ki, Ağahüseyn Mustafayev finalda türkiyəli Mustafa Kayaya 2:6 hesabı ilə uduzub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bakıda 8 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
18.05.2019
Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu
14.05.2019
Hakim öldü, oyun dayandırıldı - Video
12.05.2019
Bakıda yarış zamanı cüdoçunun kimanosundan mobil telefon düşüb - VİDEO
12.05.2019
Erməni futbolçu ilə bağlı iddialara nazirlikdən cavab