Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Regional forumda DOST konsepsiyası barədə məlumat verilib

22:30  |    09 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyi və “DOST” mərkəzlərinin yaradılması işləri davam edir.

DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olmaqla, əmək, məşğulluq, sosial müdafiə və təminat sahələrində xidmətlərin “bir pəncərə”dən operativlik, şəffaflıq, nəzakətlilik prinsipləri əsasında təqdim edilməsinə imkan verəcək.

Bunu DOST Agentliyinin Təhlil və statistika departamentinin direktor müavini Şahin Zülfüqarov Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə Ağstafa rayonunda keçirilən “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda III regional forumdakı çıxışında bildirib.
Forumda ayrı-ayrı rayonların İcra Hakimiyyətləri başçıları, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, Dövlət Reklam Agentliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndləri, bölgənin sahibkarları iştirak ediblər.

Ş.Zülfüqarov DOST konsepsiyası, missiyası, əhaliyə göstəriləcək xidmətlər, regionlarda açılacaq DOST mərkəzləri və onların kateqoriyaları barədə məlumat verib. Qeyd edilib ki, ilk “DOST” mərkəzinin yaradılması işləri başa çatır və yaxın vaxtlarda Bakı şəhəri, Yasamal rayonunda açılışı olacaq. 2019-25-ci illərdə Bakı və regionlar üzrə 31 belə mərkəz yaradılacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
14.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir