Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6321

Digər sorğular

Azərbaycanlı güləşçilər erməniləri döşəyə çıxmağa peşman etdi (VİDEO)

16:44  |    09 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

BAKU.WS xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb. Mahir Əmiraslanov startda Moldova təmsilçisinə qalib gəlsə də, 1/4 finalda Türkiyə güləşçisinə uduzub. Ancaq rəqib finala yüksəldiyindən həmyerlimiz sabah təsəlliverici görüşə çıxacaq.

Üçqat dünya və ikiqat Avropa çempionu Hacı Əliyev startda Belarus, daha sonra Ermənistan idmançısına qalib gəlib. 1/4 finalda Rusiya güləşçisinə də gücünü göstərən Hacı adını yarımfinala yazdırıb. Bu mərhələdə Moldova nümayəndəsinə heç bir şans tanımayan millimizin lideri ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə Avropa çempionatının finalına yüksəlib.

Ağahüseyn Mustafayev Avropa çempionatına möhtəşəm başlayıb. Ardıcıl iki dünya çempionunu - Rusiya və Ermənistan pəhləvanını məğlub edən yığma üzvü yarımfinala adlayıb. Finalın bir addımlığında Böyük Britaniya təmsilçisini də rahat üstələyən Ağahüseyn karyerasında ilk dəfə AÇ-nin finalına vəsiqə qazanıb.

Millimizin kapitanı Cəbrayıl Həsənov qitə birinciliyinə inamlı start verib. Startda gürcü güləşçi üzərində əzmkar qələbə qazanan ikiqat Avropa çempionu ardınca Almaniya idmançısını tam üstünlüklə məyus edib və yarımfinala yüksəlib. Finalın bir addımlığında isə Moldova güləşçisi Həsənova müqavimət göstərə bilməyib. Beləliklə, Cəbrayıl 6-cı dəfə AÇ-nin finalına yüksəlib.

Püşkdə bəxti gətirməyən Nurməhəmməd Hacıyev startda olimpiya, dünya və Avropa çempionu Abdulrəşid Sadullayevlə qarşılaşıb və uduzub. Ancaq titullu rəqib finaladək irəlilədiyi üçün Hacıyev sabah təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, finallar sabah axşam seansında baş tutacaq.

57 kq
1/8 final - Mahir Əmiraslanov - Aleksandru Kirtoaka (MDA) 9:7
1/4 final - Mahir Əmiraslanov - Süleyman Atlı (3:6)
Təsəlliverici görüş - Mahir Əmiraslanov - Zuheyir Əl Oraj (FRA)

65 kq
Təsnifat - Hacı Əliyev - Hüseyn Şaxbanov (BLR) 7:2
1/8 final - Hacı Əliyev - Vazgen Tevanyan (ARM) 1:0
1/4 final - Hacı Əliyev - Naçin Kular (RUS) 5:3
1/2 final - Hacı Əliyev - Maksim Sakultan (MDA) 12:2
FİNAL - Hacı Əliyev - Selahattin Kılıcsallayan (TUR)

70 kq
Təsnifat - Ağahüseyn Mustafayev - Məhəmmədrəsul Qazıməhəmmədov (RUS) 5:3
1/4 final - Ağahüseyn Mustafayev - David Safaryan (ARM) 12:2
1/2 final - Ağahüseyn Mustafayev - Nikolae Koyokaru (GBR) 6:0
FİNAL - Ağahüseyn Mustafayev - Mustafa Kaya (TUR)

79 kq
Təsnifat - Cəbrayıl Həsənov - Nika Kentçadze (GEO) 6:5
1/4 final - Cəbrayıl Həsənov - Franko Mario Buettner (GER) 12:1
1/2 final - Cəbrayıl Həsənov - Andrey Karpaç (BLR) 9:4
FİNAL - Cəbrayıl Həsənov - Əhməd Qazıməhəmmədov (RUS)

97 kq
1/8 final - Nurməhəmməd Hacıyev - Abdulrəşid Sadullayev (RUS) 0:3
Təsəlliverici görüş - Nurməhəmməd Hacıyev - Gennadi Kudinoviç (GER)



Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
22.05.2019
Bakıda 8 marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilir
18.05.2019
Mxitaryan Bakıda “Arsenal”a zərbə vurdu
14.05.2019
Hakim öldü, oyun dayandırıldı - Video
12.05.2019
Bakıda yarış zamanı cüdoçunun kimanosundan mobil telefon düşüb - VİDEO
12.05.2019
Erməni futbolçu ilə bağlı iddialara nazirlikdən cavab