Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

“Məsələnin Rəşada aidiyyəti yoxdur”- AzTV-nin Bədii Şurasından açıqlama

22:32  |    08 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Əməkdar artist Rəşad İlyasovun Azərbaycan Dövlət Televiziyasının (AzTV) solistliyindən çıxarılması barədə məlumat yayılıb.

Buna səbəb onun müğənni Rüfət Axundovla Space TV-nin efirində oxuduğu söyüşlü duetidir.

“Qafqazinfo” mövzu barədə AzTV-nin “İctimai-siyasi proqramlar” redaksiyasının baş redaktoru Sərvər Bayramovla əlaqə saxlayıb. Kanal rəsmisi açıqlamasında bildirib ki, bu cür məsələlərlə Bədii Şura məşğul olur və onların hələ ki, iclası keçirilməyib.

Bədii Şuranın üzvü, Xalq artisti Mübariz Tağıyev isə “Qafqazinfo”ya danışaraq mövzunun Bədii Şuraya aid olmadığını bildirib:

“Mövzudan xəbərim var. Bu, Bədii Şuralıq deyil. Çünki AzTV-nin efirində baş verməyib. Rəşad İlyasovun solistlik məsələsi isə başqa dairələrdə həll olunacaq. Mənə elə gəlir ki, həmin ifadələr Rüfət tərəfdən olub. Rəşad İlyasovun isə efirdə mikrofonu işarə etməsi məsələsi də var. Rəşad rejissora deyə bilər ki, mikrofonu aç, mahnıya canlı oxuyub qoşulmaq istəyirəm. Efirdə belə şeylər olur. Bir işarə edirsən, bəstənin nəqarətinə qoşulmaq istədiyini bildirirsən. Yanında baş verənlərin Rəşada aidiyyəti yoxdur”.

Bundan əlavə, M. Tağıyev hər iki ifaçını tənqid də edib: “Sözün düzü, onlardan bunu gözləmirdim. Bu şit zarafatdır, nədir? İkisi də tərbiyəli uşaqdır. Bu nədir belə? Başım çıxmadı”.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.04.2019
Ədalətsizlikdən narazı aktyor - Adi məzarlıqda dəfn olunan KAMAL XUDAVERDİYEV
07.04.2019
Yanlış diqanoz və qəfil ölüm – Telman Adıgözəlov ŞƏXSİYYƏTİ
04.04.2019
Lalə Məmmədovanın eks-əri intihar etmək istəyir - Alimentə görə
31.03.2019
Azərbaycanlı heykəltaraş Ukraynanın xalq artisti oldu
26.03.2019
Rasim Balayev: "Əcəb edir, təqsir onu himayə edənlərdədir"