Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Övladlığagötürmədə YENİLİKLƏR

20:53  |    08 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Cari ilin ortalarından yeni modelin tətbiqinə başlanacaq

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixli 393 nömrəli Fərmanına əsasən, övladlığagötürmə sahəsində hazırlanmaqda olan yeni idarəetmə modeli övladlığagötürülən uşaqların maraq və mənafelərinin prioritetliyi, onların övladlığa götürüldükləri ailələrdə layiqli həyat tərzinin, fiziki-mənəvi inkişafının təmin olunmasının üstün tutulması, bu istiqamətdə güclü nəzarətin həyata keçirilməsi prinsipinə əsaslanır.

Qaziler.az bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə nazirlikdə fəaliyyət göstərən işçi qrupun görülən işlərin müzakirəsinə həsr olunmuş iclasında vurğulayıb. O bildirib ki, övladlığagötürmə sahəsində mütərəqqi dünya təcrübəsi də öyrənilməklə hazırlanan yeni təkmil modelin cari ilin ortalarından tətbiqi nəzərdə tutulur.

S.Babayev övladlığagötürmədə elektron sistem üzərində müasir, çevik və şəffaf prosedurların, yeni yanaşmaların tətbiq ediləcəyini deyib. Nazir qeyd edib ki, valideyn himayəsindən məhrum olmuş uşaqları qanunvericilik qaydasında övladlığa götürmək arzusunda olan şəxslər üçün hər hansı bürokratik əngəllər, məhdudiyyətlər, süründürməçilik baş verməyəcək.

Nazir valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin təkmil uçotunun formalaşacağını deyib. O qeyd edib ki, dövlət başçısının müvafiq Fərmanına uyğun olaraq, nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sistemində “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin yaradılması məqsədilə hazırlanmış funksional tələblər əsasında işlər aparılır. Həmin altsistemə inteqrasiya olunacaq informasiya sistemlərinin siyahısına dair təkliflər də aidiyyəti qurumlarla razılaşdırılaraq hökumətə təqdim edilib. Övladlığagötürmə sahəsində yeni idarəetmə modelinin qurulması ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər, Ailə və Mülki Prosessual Məcəllələrə dəyişiklik layihələri də hazırlanıb.

İclasda övladlığagötürmə sahəsində idarəetmə mexanizminin təkmilləşdirilməsi məqsədilə işçi qrup tərəfindən görülən işlər barədə məlumat verilib, qarşıda duran vəzifələr müzakirə olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib
14.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Forumu keçirilir