Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6319

Digər sorğular

Yerimə əngəlli gənclərin diqqətinə! - Yeni layihə başlayır​​

14:45  |    04 Aprel 2019  |   E-mail  |  Çapa göndər


Gəncliyə Yardım Fondunun dəstəyi ilə ​​​​​​​​​"Əngəlləri birlikdə aşaq" layihəsi təşkil olunur.

Faktor.az xəbər verir ki, layihənin məqsədi yerimə əngəlli gəncləri (15-30 yaş) yenidən cəmiyyətə qazandırmaq, maddi rifahlarını yaxşılaşdırmaq, mövcud şəraitin onlara maneə olmadığını və istədikləri təqdirdə daim bir çıxış yolu olduğunu göstərməkdir.

Layihədə gənclərə proqramlaşdırmaya giriş və Java proqramlaşdırma dilinin öyrədilməsi nəzərdə tutulub. Dərslər həftədə 4 saat olmaqla, ümumilikdə 64 saat təşkil edəcək.

Gəncliyə Yardım Fondunun dəstəyi ilə dərslərin keçirilməsi üçün fondun nəzdində komputer otaqları ayrılıb.

Yerlər məhdud olduğu üçün məhdud sayda əngəlli gənc qəbul ediləcək.

İştirak üçün layihənin saytında “Müraciət” bölməsindən qeydiyyatdan keçmək lazımdır:

LİNK

Daha sonra müraciət edənlər müsabiqədə iştirak üçün göndərilmiş linkdə imtahan olunacaqlar.

İmtahandan keçmiş ilk 8 namizədlə dərslərdə iştirak edə biləcəklər. İmtahan orta səviyyədə tərtib olunmuş riyaziyyat, məntiq və ingilis dili fənlərindən olacaq.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.05.2019
Şamaxıda 8 il öncə ölən şəxsə çağırış vərəqəsi göndərildi
20.05.2019
Safura 3-cü dəfə ana oldu: Mərhum nazirin adı verildi
18.05.2019
“Şəmistan bəy, sizə bir sualım var…” – Türkiyə səfirindən MARAQLI VİDEO
17.05.2019
Azərbaycanda banka 100 min manat qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək
15.05.2019
Azərbaycanın özünüməşğulluq proqramı Avropanın ən “Yaxşı Təcrübə”si mükafatına layiq görülüb