Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Ticarət mərkəzində başlayan yanğının söndürülməsinə helikopter cəlb olunub - FOTO - VİDEO - YENİLƏNİB

12:03  |    26 Mart 2019  |   E-mail  |  Çapa göndər


Bakının Nizami rayonu, Qara Qarayev prospektinin 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yenidən şiddətlənib.

“Report”un məlumatına görə, bu barədə FHN məlumat yayıb.“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları soyutma işləri aparılan zaman partlayış baş verib və yanğın yenidən başlayıb.

Yanğının söndürülməsinə əlavə qüvvələr cəlb olunub.

*** 11:44

Fövqəladə Hallar Nazirliyi Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində baş verən yanğınla bağlı yeni məlumat yayıb.

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə baş verən yanğının yayılmasının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

*** 09:41

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, alov şiddətlənərək 8-ci kilometr bazarındakı bir neçə obyekti də bürüyüb.

“Diqlas” Ticarət Mərkəzində baş verən yanğın yaxınlıqdakı ticarət obyektlərinə də keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

*** 09:27

Bakının 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində başlayan yanğın güclənib.

“Report”un hadisə yerində olan əməkdaşı xəbər verir ki, ticarət mərkəzi yararsız hala düşüb.

Yanğının yaxınlıqdakı yaşayış binasına keçməsi təhlükəsinin qarşısı alınıb. Alov elektrik naqillərini də sıradan çıxarıb. Ərazidəki insanlardan bir neçəsi tüstüdən zəhərlənib, onlar təcili tibbi yardım maşınları ilə xəstəxanaya aparılıblar.

*** 09:14

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda ticarət mərkəzində başlayan yanğınla bağlı məlumat yayıb.

"Report"un məlumatına görə, nazirlikdən bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Fövqəladə Hallar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən yanğınsöndürmə işləri və digər təxirəsalınmaz tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

*** 08:47

Bakının Nizami rayonu ərazisində yanğın hadisəsi baş verib.

“Report” xəbər verir ki, yanğın paytaxtın 8-ci kilometr adlanan ərazisindəki "Diqlas" ticarət mərkəzində qeydə alınıb.

Hazırda əraziyə FHN-in canlı qüvvə və texnikası əraziyə cəlb olunub. Bina təxliyyə edilir.



Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
16.04.2019
Ağdamda 10 aylıq körpəsini boğub öldürən qadın polisə təslim oldu - TƏFƏRRÜAT
16.04.2019
Məsciddə axundun iş otağından 1500 manat və 500 dollar oğurlanıb
15.04.2019
Anar Niftəliyevə ağır itki
14.04.2019
Rusiyada atışmada bir azərbaycanlı sahibkar öldürülüb, digəri yaralanıb
14.04.2019
Lənkəranda baş verən zəlzələ ətraf rayonlarda hiss olunub