Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Azərbaycanlılar dünyanın qəhrəmanıdır - Qürurlandıran video

21:18  |    25 Mart 2019  |   E-mail  |  Çapa göndər


Novruz bayramı günlərində İranın Türkmənsəhra bölgəsini sel bürüməsi və ölkə rəhbərliyinin bu məsələyə laqeyd qalması azərbaycanlı fəalları hərəkətə gətirib.

Axar.az xəbər verir ki, Güney Azərbaycanın əksər şəhərlərində yardım toplama mərkəzləri yaradılıb.

Dövlətin yüksək rütbəli şəxsləri bölgəyə getmədiyi bir vaxtda Ərdəbil şəhərindən birinci yardım karvanı sel bölgəsinə göndərilib və bu istiqamətdə fəaliyyətlər davam edir.

Azərbaycanlı fəallar oxşar mərkəzləri Marağa, Urmiya, Zəncan, Sulduz, Xoy, Quşçu, Mərənd, Yamçı, Maku, Qoşaçay, Şot, Məlikan və s. kimi şəhərlərdə yaradıblar.

Fəallarla yanaşı bir çox peşə adamları, o cümlədən idmançılar da yardım aksiyasına biganə yanaşmayıb. Güneyli idmançı Mustafa Quluzadә türkmәn soydaşlarımıza dәstәk çağrışı yayıb.

Artan yardımlar türkmənlərin güzəranına az da olsa təsirini göstərir.

***

Sel fəlakətinə uğramış və hökumətdən dəstək gözləyən türkmənlər aktiv fəaliyyətlərinə görə azərbaycanlılara təşəkkür edib:

“Azərbaycana atəşli salamlar! Siz tək türkün qəhrəmanı deyilsiniz, bütün dünyanın qəhrəmanısınız! Yaşasın Azərbaycan! Yaşasın Təbrizimiz! Yaşasın “Traktor”umuz! Yaşasın türklərimiz!”

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir
18.04.2019
Ermənistanda daha bir hərbçi öldü
17.04.2019
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
17.04.2019
“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara