Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Ərdoğan Trampa meydan oxuyur - “Deyli Ekspress”

20:40  |    23 Mart 2019  |   E-mail  |  Çapa göndər


İngiltərənin “Deyli Ekspress” qəzetində dərc edilən məqalədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ Prezidenti Donald Tramp hakimiyyətinə açıq şəkildə meydan oxuduğu və S-400 müdafiə sistemini almaq niyyətində olduğu bildirilib.

Axar.az xəbər verir ki, məqalədə rus müdafiə sistemlərinin alınmasının Türkiyə üçün sanksiya və s. ciddi problemlərlə nəticələnəcəyi ilə bağlı xəbərdarlıqların Ərdoğanı dayandıra bilmədiyi qeyd edilib.

Məqalədə Vaşinqtonun Ankaranı F-35-lə təhdid etdiyi, Ağ Ev administrasiyasının təzyiqləri artırmasına baxmayaraq, Ankaranın indidən rus müdafiə sistemini saxlamaq üçün hərbi baza seçdiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə ilə "Patriot" raket sistemlərinin tədarükü barədə danışıqları davam etdirmək üçün Ankaranın S-400 raket əleyhinə müdafiə sistemindən imtina etməsinin şərt olduğunu açıqlamışdı.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir
18.04.2019
Ermənistanda daha bir hərbçi öldü
17.04.2019
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
17.04.2019
“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara