Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Fransada aksiya keçirmək qadağan edildi

19:29  |    23 Mart 2019  |   E-mail  |  Çapa göndər


Parisin əsas küçə və meydanlarında aksiya keçirmək qadağan edilib.

REAL xəbər verir ki, Parisin Baş Polis İdarəsi keçən həftə baş vermiş zorakılıq aktlarını nəzərə alaraq, şəhərin Yelisey çölləri, Konkord meydanı, Milli Assambleya və Parisin daha bir neçə ərazisində etiraz aksiyası keçirməyi qadağan edən qərar verib.

Baş İdarənin rəisi Didier Lallement martın 22-də şənbə günləri səhər saat 6-dan etibarən Parisin böyük bir hissəsində "Sarı jiletlilər"in etiraz aksiyasının keçirilməsini qadağan edən rəsmi qərar imzalayıb.

Qərarın qəbul edilməsinə səbəb ictimai asayişin pozulmasının qarşısını almaqdır. Qərara əsasən, Parisin həmin hissələrinə müxtəlif silah növləri ilə yanaşı bir sıra əşyaların, habelə üzün bir hissəsini örtərək tanına bilməmək üçün istifadə olunan geyimlərin keçirilməsi qadağan olunub. Bildirilir ki, qərara riayət etməyən şəxslər cərimələnəcək və şəxsiyyətlərini təsdiq edə bilmədikləri halda hüquqi yoxlama mərkəzlərinə aparılacaqlar.

Etirazçıların ötən şənbə keçirdikləri 18-ci aksiya zamanı 27 ticarət obyekti talan edilib, 71-i dağıdılıb, 9 köşk yandırılıb və 4 binanın girişi bərbad hala salınıb. Nəticədə 296 nümayişçi dindirilib ki, onlardan da 254-ü nəzarətə götürülüb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir
18.04.2019
Ermənistanda daha bir hərbçi öldü
17.04.2019
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
17.04.2019
“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara