Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Alim Qasımov UNESCO-nun baş qərargahında konsert verib

14:09  |    21 Mart 2019  |   E-mail  |  Çapa göndər


Parisdə UNESCO-nun baş qərargahında beynəlxalq Novruz günü münasibətilə Alim Qasımovun ifasında "Yeddi gözəl" muğam konserti keçirilib.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, konsert Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəliyinin təşkilatçılığı ilə Novruzun bu mötəbər qurumun qeyri-maddi irs siyahısına salınmasının 10 illiyi münasibətilə baş tutub.

Tədbirdə Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO yanında daimi nümayəndə Anar Kərimov, diplomatik korpusun nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Mərasimdə çıxış edən natiqlər bəşəriyyətin bu hər iki irsi haqqında, öz ənənələri ilə xalqları bir-birinə yaxınlaşdıran, universal bir dilə malik Novruz və fərqli dillərdə danışan millətlərin hər birinin hər zaman zövqlə dinlədiyi Azərbaycan muğamı haqqında ətraflı məlumat veriblər.

Tədbirdə çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Anar Kərimov Novruzun qardaşlıq, dostluq, sülh, barışıq rəmzi olduğunu bildirib və bu bayramın bugünkü münqişələr yaşanılan bir dövrdə əhəmiyyətindən söz açıb.

Dünya şöhrətli xanəndə Alim Qasımovun ifasında Azərbaycan muğamı qonaqların gurultulu alqışları ilə qarşılanıb. Xanəndəni kamançada Mirsaeed Xavər Nejad, tarda Zəki Vəliyev, dəfdə Javidan Nəbiyev müşayiət ediblər.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.04.2019
Ədalətsizlikdən narazı aktyor - Adi məzarlıqda dəfn olunan KAMAL XUDAVERDİYEV
08.04.2019
“Məsələnin Rəşada aidiyyəti yoxdur”- AzTV-nin Bədii Şurasından açıqlama
07.04.2019
Yanlış diqanoz və qəfil ölüm – Telman Adıgözəlov ŞƏXSİYYƏTİ
04.04.2019
Lalə Məmmədovanın eks-əri intihar etmək istəyir - Alimentə görə
31.03.2019
Azərbaycanlı heykəltaraş Ukraynanın xalq artisti oldu