Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6265

Digər sorğular

Nazarbayev istefasını Putinlə müzakirə edib

23:37  |    19 Mart 2019  |   E-mail  |  Çapa göndər


Qazaxıstan prezidenti Nursultan Nazarbayev çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb və dövlət başçısı səlahiyyətlərini dayandırması barədə qərarını onunla müzakirə edib.

Azvision.az xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Prezidentlər gələcəkdə müntəzəm təmasları davam etdirmək barədə razılığa gəliblər.

"Dövlət başçıları Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin səlahiyyətlərinin icrasını 20 mart 2019-cu il tarixindən dayandırmasına dair qərarı barədə danışıblar", - deyə məlumatda bildirilib.

***
Rusiya lideri Vladimir Putin bu gün günorta saatlarında Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə telefonla danışıb.

Azvision.az xəbər verir ki, bu barədə TASS-a Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Nazarbayevin istefasından əvvəl iki lider arasında təmasın olub-olmadığı barədə sualı cavablandırarkən deyib: "Bu gün gündüz prezident Putinin prezident Nazarbayevlə telefon söhbəti olub, amma biz bu danışığın məzmunu barədə informasiyaya malik deyilik. Kremlin mətbuat xidməti hazırda bunu heç cür şərh etmir".

Qeyd edək ki, bu gün Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev gözlənilmədən vəzifəsindən istefa verib. O, bu barədə qərarını televiziya vasitəsilə xalqa müraciətində bəyan edib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.04.2019
Nursultan Nazarbayev Avrasiya İttifaqının fəxri sədri ola bilər
18.04.2019
Robert Kocaryanı ömürlük həbs gözləyir
18.04.2019
Ermənistanda daha bir hərbçi öldü
17.04.2019
Azərbaycanlı polkovnikə ABŞ ordusunda yüksək vəzifə verildi (FOTO)
17.04.2019
“Türkiyənin NATO üzvlüyü sual altına qoyula bilməz” – Ankara