Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6317

Digər sorğular

Prezident İlham Əliyev Moldova Prezidenti İqor Dodon ilə görüşüb

16:40  |    14 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Moldova Prezidenti İqor Dodon ilə görüşüb.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev VII Bakı Qlobal Forumunda iştirak etdiyinə görə Moldova Prezidenti İqor Dodona təşəkkürünü bildirib. Dövlət başçısı deyib ki, VII Qlobal Bakı Forumu beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından çox mühüm və önəmli bir platformadır. Eyni zamanda, bu Forum bizə ikitərəfli əlaqələrimizin inkişaf perspektivlərini müzakirə etmək üçün imkan yaradır. Prezident İlham Əliyev Moldova Prezidentini seçkilərdə əldə etdiyi qələbə münasibətilə təbrik edib.

Moldova Prezidenti İqor Dodon VII Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Bildirib ki, bu Forum beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib platformadır.

Görüşdə müxtəlif sahələr üzrə ikitərəfli əlaqələrin inkişafına dair ətraflı fikir mübadiləsi aparılıb. Həmçinin hökumətlərarası müştərək komissiyanın ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafı baxımından vacib əhəmiyyəti vurğulanıb. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyi və bir-birinə dəstək göstərdiyi qeyd olunub.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2019
Prezident İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib
20.05.2019
Dövlət başçıları Prezident İlham Əliyevi təbrik edib
17.05.2019
Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib
17.05.2019
XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
16.05.2019
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib