Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Arzu Rəhimov Göyçayda vətəndaşları qəbul edib

15:34  |    14 Mart 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə müvafiq olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.

2019-cu ilin mart ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi, general-leytenant Arzu Rəhimov martın 14-də Göyçay, Yevlax, Bərdə, Tərtər, Zərdab, Ağdaş və Ucar rayonlarından olan vətəndaşları qəbul edib.

Qaziler.az xəbər veri ki, qəbuldan öncə Xidmət rəisi, general-leytenant Arzu Rəhimov və rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşların müraciətləri əsasən həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququnun verilməsi, veteran adının və vəsiqəsinin verilməsi, eləcə də digər məsələlərlə bağlı olub. Xidmət rəisi vətəndaşların müraciətlərini diqqətlə dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Bir sıra müraciətlər yerindəcə həll edilib,Xidmətin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Qəbulda 33 vətəndaş iştirak edib.

Vətəndaşlar qəbul üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların keçirilməsinin təşəbbüskarı olan Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2019
Sabahın hava proqnozu açıqlanıb
20.03.2019
Peşə təhsili müəssisələrində pulsuz və ödənişli təhsil olacaq
20.03.2019
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO
20.03.2019
Azərbaycanda Novruz bayramıdır
19.03.2019
1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib