Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Kreml Rusiyaya qarşı ərazi iddialarına şans verdi

13:38  |    14 Mart 2019  |   E-mail  |  Çapa göndər


Dünyanın bir sıra dövlətləri Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edə bilər.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, Helsinkidə əldə olunmuş razılaşmanın əsas müddəası II Dünya müharibəsindən sonra müəyyən edilmiş sərhədlərin qorunması, müdaxilələrin olmamasıdır:

“1975-ci ildə Finlandiyanın paytaxtı Helsinkidə əldə edilmiş razılaşmada bildirilir ki, II Dünya müharibəsindən sonra formalaşmış sərhədlərin pozulması qadağandır. Bu sərhədlərin pozulması yeni dünya nizamına qarşı çıxmaqdır və bütün beynəlxalq ictimaiyyət bunun qarşısını almaq üçün güc və qüvvətini birləşdirməlidir. Çünki bundan əvvəlki müdaxilələrin nəticəsi II Dünya müharibəsinin başlamasına gətirib çıxarmışdı. Müharibədən sonra dövlətlər nüfuzlu beynəlxalq qurumlar yaradıb, orada birləşdilər ki, növbəti mərhələdə dövlətlərin sərhədlərinə müdaxilələr olmasın”.

Politoloq qeyd edib ki, Helsinki Yekun Aktında dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığı əsas prinsipdir:

“Amma Rusiya Krımın anneksiyası ilə həm beynəlxalq qanunları, həm də yaradılmasında bilavasitə iştirak etdiyi razılaşmanın müddəalarını pozdu. Bu isə bumeranq effekti verə bilər”.

Qeyd edək ki, rusiyalı siyasətçi Konstantin Borovoy bildirib ki, Krımın anneksiyasından sonra SSRİ və ya Rusiyanın ərazisini işğal etdiyi istənilən dövlət ona qarşı ərazi iddiaları irəli sürə bilər. Onun sözlərinə görə, faktiki olaraq Rusiya Avropada sərhədlərin toxunulmazlığı (Helsinki razılaşması) barədə razılaşmanı qanunsuz saymağı təklif etmiş oldu.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2019
Nazarbayev istefa verdi, amma hakimiyyətdə qalacaq
19.03.2019
Nazarbayev istefasını Putinlə müzakirə edib
19.03.2019
Türkiyə ABŞ-a hesabat vermək fikrində deyil
19.03.2019
Nursultan Nazarbayev istefa verib - VİDEO
19.03.2019
İran Türkiyəni tək qoydu: PKK-ya qarşı əməliyyat