Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Prezident yaradıcılıq ittifaqları və birliklərinə vəsait ayırıb

19:19  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasında dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birlikləri milli ədəbiyyatın və ana dilinin inkişafında, xalqımızın zəngin musiqi irsinin dünyada geniş miqyasda tanıdılmasında, teatr, kino və aşıq sənəti ənənələrinin qorunub saxlanılması və təbliğində fəal iştirak edir.

Ölkənin mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, habelə Azərbaycanda mədəniyyətin, incəsənətin təbliğində, memarlığın inkişafında yaradıcı kollektivlərin rolu əvəzsizdir.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Azərbaycan Yazıçılar Birliyinə 800 min manat, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min manat, Azərbaycan Rəssamlar İttifaqına 350 min manat, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat, Azərbaycan Memarlar İttifaqına 250 min manat, Azərbaycan Teatr Xadimləri İttifaqına 250 min manat və Azərbaycan Aşıqlar Birliyinə 250 min manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib
17.05.2019
XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
16.05.2019
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib
16.05.2019
Elmar Məmmədyarov Fransaya gedib
15.05.2019
Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri