Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatına həsr edilən kitab nəşr olunub

18:50  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin “Leylatəpə arxeoloji mədəniyyətinin keramikası” adlı monoqrafiyası çapdan çıxıb.

Qaziler.az bildirir ki, “AFPoliqrAF” nəşriyyatında işıq üzü görən əsər, son xalkolit (son mis-daş) dövründə - e.ə. IV minilliyin birinci yarısında Cənubi Qafqazda, xüsusilə də Azərbaycan ərazisində yayılmış Leylatəpə arxeoloji mədəniyyətinin keramika məmulatının tədqiqinə həsr olunmuşdur.

A.Ağalarzadənin tədqiqatına Azərbaycan ərazisində Leylatəpə mədəniyyətinə aid Leylatəpə, Adsıztəpə, Abdal-Əziztəpə, Şomulutəpə, Çinartəpə, Böyük Kəsik, Selaxan, Poylu, Ağılı Dərə və digər yaşayış yerləri və Soyuqbulaq kurqanları kimi abidələrin elmi araşdırılması zamanı aşkar edilmiş geniş keramika materialı cəlb edilmiş, keramikanın müxtəlif xüsusiyyətlər üzrə təhlili və təsnifatı aparılmışdır. Tədqiqat əsərində Leylatəpə mədəniyyətinin keramikası Ön Asiya-Qafqaz kontekstində təhlil edilmişdir. Leylatəpə mədəniyyətinə aid keramika məmulatının tədqiqi Cənubi Qafqazın qədim dövr sakinlərinin maddi və mənəvi mədəniyyətinin izlənilməsinə imkan verir.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2019
Sabahın hava proqnozu açıqlanıb
20.03.2019
Peşə təhsili müəssisələrində pulsuz və ödənişli təhsil olacaq
20.03.2019
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO
20.03.2019
Azərbaycanda Novruz bayramıdır
19.03.2019
1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib