Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Müdafiə naziri ön xətt bölmələrində olub - VİDEO

19:42  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar.

Müdafiə Nazirliyindən Qaziler.az-a verilən məlumata görə, müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə müvafiq tapşırıqlar verib.

Bölmələrdəki şəraitlə tanış olan Müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.

Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.
Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.05.2019
Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB
19.05.2019
Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM
19.05.2019
Sabahın HAVA PROQNOZU
19.05.2019
Vahid Əhmədova AĞIR İTKİ
18.05.2019
Qarabağ əlili Avropa Məhkəməsinə MÜRACİƏT EDƏCƏK