Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6317

Digər sorğular

Sosial təminat sisteminin bütün sahələrində proaktiv xidmətlər tətbiq olunacaq

18:30  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Avtomatlaşdırılmış pensiya təyinatı sisteminin qurulması vətəndaşların sosial təminat hüquqlarının onların əyani müraciətləri olmadan elektron qaydada reallaşdırılması, sosial təminat sahəsində proaktiv xidmətlərin təşkili istiqamətində ilk addımdır.

Əsas hədəf bu kimi xidmətlərin əhatə dairəsini sosial təminat sisteminin bütün həlqələri üzrə genişləndirməkdir.

Qaziler.az bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Dünya Bankının ölkəmizdə səfərdə olan “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Nazir müavini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq pensiyaların avtomatlaşdırılmış mexanizminin qurulmasının bu sahədə şəffaflığa, vətəndaş rahatlığına və məmnunluğuna imkan yaratdığını vurğulayıb. A.Kərimov növbəti mərhələ kimi yaxın vaxtlarda əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatlarının da elektron qaydada həyata keçiriləcəyini bildirib.
Ölkəmizdə pensiya təminatı sahəsində aparılan islahatlar və gələcək hədəflər, əhalinin rifah halının yaxşılaşdırılması, sosial ödənişlərin ciddi şəkildə artırılması üçün atılan addımlar barədə missiyaya ətraflı məlumat verilib. “Azərbaycanın pensiya sisteminə texniki yardım” missiyası ilə birgə görülən işlərdən, bu işlərin nəticələrindən bəhs olunub. Dünya Bankının nümayəndələri aparılan islahatları, həmçinin pensiya təminatı sahəsində müsbət dəyişiklikləri dəstəklədiklərini qeyd ediblər.

Görüşdə Azərbaycanın pensiya sistemində son dəyişikliklər, pensiya sistemi ilə bağlı uzun müddətli proqnozların yenilənməsi, gələcək birgə fəaliyyət perspektivləri, Beynəlxalq Sosial Təminat Assosiasiyasının cari ilin may ayında Bakı şəhərində keçirəcəyi Avropa Regional Sosial Təminat Forumu və s. məsələlər müzakirə olunub.

Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
21.05.2019
Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
17.05.2019
Sahil Babayev Astara, Masallı və Lənkəran rayonlarında vətəndaşlarla görüşüb
17.05.2019
Pensiyaçılar üçün “Gümüşü Könüllü” proqramına başlandı
16.05.2019
Bakıda Avropa Regional Sosial Təminat Sammiti keçirilib
16.05.2019
Fransanın Milli Tibbi Sığorta Fondu ilə əməkdaşlığın inkişafı imkanları nəzərdən keçirilib