Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Elçin Şıxlı məhkəmədə ifadə verib - Baş redaktorun məhkəmə işi

17:16  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qarabağ müharibəsinin iştirakçısı, keçmiş "Bozqurd” batalyonunun komandiri və Teref.info saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ifadə verib.

O, ibtidiai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini söyləyib: "Əgər suallarınız varsa, cavablandıra bilərəm".

Daha sonra təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O deyib ki, cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy vermiş Bəxtiyar Əliyev məhkəmədə dindirilməlidir.

Hakim vəsatətə münasibəti növbəti iclasda bildirəcəyini elan edib.

Proses martın 18-dək təxirə salınıb.

İttiham aktına əsasən, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib/report
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.05.2019
Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB
19.05.2019
Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM
19.05.2019
Sabahın HAVA PROQNOZU
19.05.2019
Vahid Əhmədova AĞIR İTKİ
18.05.2019
Qarabağ əlili Avropa Məhkəməsinə MÜRACİƏT EDƏCƏK