Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6196

Digər sorğular

Səfər Əbiyev uzun fasilədən sonra üzə çıxdı (FOTO)

18:47  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


Ermənilərin saxtakarlıqlarını ifşa edən və çeçenlərlə azərbaycanlılar arasında yaranmış konfliktin müsbət yöndə həlli üçün daha çox fəallıq göstərən isə Rusiyada yaşayan azərbaycanlı, Misra TV-nin rəhbəri Fuad Abbasov olub.

O, sosial şəbəkələrdə özünə məxsus səhifələr vasitəsi ilə həm çeçenlərə, həm də azərbaycanlılara müraciət edərək bildirib ki, baş verənlər təxribatdır, məqsəd isə hər iki xalqı bir-birinə düşmən olmağa yönləndirməkdir.

F.Abbasov baş verənlərə səbirlə yanaşmağı, iki qonşu dövlətin xalqlarının dostluq, qardaşlıq videoları çəkərək yaymağı xahiş edib. Bu çağırışdan sonra Rusiyanın hər yerində yaşayan azərbaycanlılar və çeçenlər bir süfrə arxasına toplşaraq bəyanatlar yayıblar.

Qaynarinfo xəbər verir ki, bu hadisədən sonra "Dədə Qorqud" Milli Fondunun və "Azərbaycan Dünyası" Beynəlxalq Jurnalının Ağsaqqallar Şurası yaranmış gərginliyin sakitləşdirilməsi, iki qardaş xalq arasında dostluq münasibətlərinin daha da dərinləşməsi yönündə göstərdiyi fəallığa və erməni saxtakarlığını ifşa etdiyinə görə Fuad Abbasovun "Vətən Övladı" ordeni ilə təltif edilməsinə qərar vermişdi.

Qərarı əsas tutaraq Fondun rəhbəri Eldar İsmayılov və üzvləri - Azərbaycan Respublikasının eks müdafiə naziri Səfər Əbiyev, Namiq Əliyev, Sakit Məmmədov ordeni təqdim etmək üçün Fuad Abbasovla görüşüblər. "Vətən Övladı" ordeni təntənəli surətdə Fuad Abbasova təqdim edilib.

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
20.03.2019
Sabahın hava proqnozu açıqlanıb
20.03.2019
Peşə təhsili müəssisələrində pulsuz və ödənişli təhsil olacaq
20.03.2019
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib - VİDEO
20.03.2019
Azərbaycanda Novruz bayramıdır
19.03.2019
1928 şəhid vərəsəsinə bayrama qədər birdəfəlik ödəmə verilib