Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Rizvan Cəbiyev Anar Nağılbaz haqda kitabdan, keçmiş gəlinindən, nəvələrindən DANIŞDI

14:47  |    13 Mart 2019  |   E-mail  |  Çapa göndər


“Anarla bağlı ikinci kitabım çapa hazırlanır. Kitab nəşriyyatdadır. Aprelə qədər çapdan çıxacaq. Kitabın ikinci cildini də avqustda çıxarmağı düşünürük. Kitabda Anarın yaradıcılığı əks olunub. Yazdığı repləri, qəzəlləri kitaba sığdırmağa çalışmışıq. Bunu dost-tanışlar, ailəmiz üçün etmişik”.

Bunu Modern.az-a açıqlamasında mərhum reper Anar Nağılbazın atası, keçmiş deputat Rizvan Cəbiyev deyib.

Rizvan Cəbiyev oğlu dünyasını dəyişəndən sonra onunla hal-əhval tutanlardan da danışıb:

“Avqustun 4-də Anarın ili çıxır. Qəbir daşını hazırlayırıq. Kimdənsə nəsə gözləmirik. İndi zəmanə də çox çətindir. Elə Anarın adını bir dostu çəkirsə, zəng edib əhvalımızı soruşursa, bu böyük şeydir. Əgər arxanca bir nəfər də ağlayırsa, qəbirdə rahat yata biləcəksən”.

Keçmiş deputat bir vaxtlar gəlini ilə yaşananlara da münasibət bildirib:

“Anarın keçmiş yoldaşı uşaqları bizə göstərir. Uşaqlar həftəsonları gəlib bizdə qalırlar. Qarşıdan Novruz bayramı gəlir. Bir böyük kimi onları heç nədən kənar qoymayacam. O uşaqlar bizim qanımızdır. Artıq uşaqlar bizsiz qala bilmirlər. Düzdür, hələ yaşları azdır. Həyatı dərk edə bilmirlər. Ancaq ağılları kəsəndə hər şeyi anlaya biləcəklər. Bilirsiniz, qan elədir ki, mütləq çəkir”.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
19.05.2019
Meyvələrin qiyməti bahalaşacaq - SƏBƏB
19.05.2019
Dilqəm Əsgərovun oğlundan Şəmkirin icra başçısına İTTİHAM
19.05.2019
Sabahın HAVA PROQNOZU
19.05.2019
Vahid Əhmədova AĞIR İTKİ
18.05.2019
Qarabağ əlili Avropa Məhkəməsinə MÜRACİƏT EDƏCƏK